Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:47

Fransalı prezidentliyə namizəd Rusiyanı 'təhlükəli tərəf' kimi görür


Fransua Fiyon, (Francois Fillon), 15 mart 2017

Fransa prezidentliyə namizədlərdən biri Fransua Fiyon Rusiyanı “təhlükəli tərəf” adlandırıb. Bu barədə Bloomberg agentliyi xəbər yayıb.

Fiyon bildirib ki, əgər o qalib gəlsə, Fransa Krımın anneksiyasını qəbul etməyəcək, amma BMT-nin yarımada ilə bağlı problemin həlli olunmasında iştirakını dəstəkləyəcək.

Fransua Fiyon Kremlə rəğbət bəsləyən siyasətçi hesab olunur. O, bir neçə dəfə Krıma görə Rusiyaya sanksiyalar qoyulmasını tənqid edib. Siyasətçi onu elan edib ki, Kiyev Ukraynanın şərqində sülhün bərpası üçün kifayət qədər çalışmır.

Yanvarın sonunda məlum olmuşdu ki, Fransua Fiyon arvadı və uşaqlarını parlamentdə işə götürüb. O, bu fakt açıqlanana qədər prezident seçkisinin favorit namizədi sayılırdı, bu qalmaqaldan sonra onun populyarlığı kəskin düşüb.

Keçirilən sorğulara görə, prezident seçkisinin birinci turunda Fransua Fiyon 3-cü yeri tutacaq.

Fransada prezident seçkisinin birinci turu aprelin 23-də, ikinci mərhələsi isə mayın 7-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG