Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:02

Fransa da uyğurların müdafiəsinə qalxır


Jean-Yves Le Drian
Jean-Yves Le Drian

Çinin Parisdəki sədfirliyi iuyulun 23-də Pekinin müsəlman uyğurlarla rəftarının Fransa tərəfindən tənqid olunmasını rədd edib.

Reuters agentlyinin xəbərinə görə səfirlik bəyan edib ki, fransız siyasətçilər Amerikanın, Avstraliya və Britaniyanın böhtan kampaniyasına uyublar.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian bu həftə demişdi ki, Çinin Sintzyan regionundakı müsəlman uyğurların vəziyyəti qeyri-məqbuldur.

Paris Pekindən regiona müstəqil müşahidəçilərin buraxılmasını tələb edir.

Jean-Yves Le Drian deyib ki, Fransa öz mövqeyini təkcə insan haqları qruplarının hesabatları əsasında deyil, həm də öz mənbələrinin məlumatları əsasında formalaşdırırb.

Nazir Sintzyanda uyğurların kütləvi saxlanması, yoxa çıxmalar, məcburi əmək, qadınların məcburi qısırlaşdırılması və uyğur mədəniyyətinin məhv edilməsindən, habelə bölgədə uyğurlar və başqa etnik-dini azlıqlar üçün yaradılan konsentrasiya düşərgələrindən söz açıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Jean-Yves Le Drian-ın iddialarını “yalan” adlandırıb.

Le Drian iyulun 22-də bildirmişdi ki, Çinin kəskin reaksiyasına baxmayaraq o öz mövqeyində qalır.

O əlavə edib ki, Pekin tənqidlərə tuş olmaq istəmirsə, Sintzyana müstəqil müşahidəçilərin gəlməsinə icazə verməlidir.

Pekin: "Fransada da belə mərkəzlər var"

Buna cavab olaraq Çinin Parisdəki səfirliyi iyulun 23-də öz internet saytında Pekinin Sintzyandakı siyasətinə haqq qazandıran və Fransa siyasətçilərinin iddialarını təkzib edən uzun-uzadı məqalə dərc edib. Məqalədə deyilir:

“Bu yaxınlarda Amerika, Avstraliya və Britaniya, habelə Qərbin bir neçə “üzdəniraq insan haqları təşkilatları” Çinin Sintzyan bölgəsi barədə yeni qarayaxma kampaniyasına başlayıblar. Məqsədləri siyasi olanlar ictimaiyyəti təsirləndirən və hətta Fransada müəyyən siyasətçiləri çaşdıran silsilə sensasiyalı yalanlar uydurublar”.

Səfirliyin bəyantında Sintzyandakı düşərgələrdə milyonadək uyğurun saxlanmasına dair iddialar “absurd” adlandırlır:

“Həqiqət budur ki, Sintzyanda qanun əsasında peşə təhsili və təlimi mərkəzləri yaradılıb. Bunlar Fransa və başqa ölkələrdəki radikalsızlaşdırma mərkəzlərinə bənzəyir və əks-terror aləti kimi çox faydalıdır”.

Lakin Sintzyan vilayətindən Mərkəzi Asiyaya və başqa ölkələrə qaça bilənlər tamamilə başqa mənzərədən söz açırlar.

BMT-nin hesabatında isə Çinin uyğurlarla rəftarı az qala “soyqırımla” eyniləşdirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG