Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 03:00

Fransalı nazir: 'Ümid edirik ki, koronavirus 8-12 günə səngiyəcək'


Paris

Fransa ümid edir ki, 8-12 günə koronavirus böhranı səngiyəcək.

Səhiyyə naziri Olivier Veran belə deyib: “Biz insanların karantin qaydalarına riayət etməsinə nail olmaq üçün lazım olan müdaxilələri edəcəyik. Pəncərədən baxanda görürəm ki, adamlar getdikcə daha çox bizim mesaja riayət edirlər”.

Fransa hökuməti ölkə üzrə hərəkəti məhdudlaşdırıb.

Martın 18-ə olan məlumata görə, dünya üzrə koronavirua 198,300-dən çox adam yoluxub, 8,419 nəfər vəfat edib.

Reuters-in məlumatına görə, dünyada 164 ölkədə bu virus var.

Dünyada üzrə ən çox yoluxma Çində, İtaliyada, İranda, İspaniyada, Almaniyada , Cənubi Koreyada, Fransadadır.

XS
SM
MD
LG