Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 16:16

Fransa Rusiya senatoru və milyarderi Kerimov barəsində təhqiqata başlayıb


Süleyman Kerimov
Süleyman Kerimov

Noyabrın 22-də Fransa hakimi bu ölkədə polis tərəfindən saxlanmış Rusiya biznesmeni və senatoru, milliyyətcə ləzgi Süleman Kerimov barəsində vergidən yayınma iddiaları üzrə rəsmi təhqiqat başlanması barədə qərar çıxarıb və onun azad olunması üçün sərt şərtlər qoyub.

Prokurorlar bildirirlər ki, Kerimovun zaminə buraxılması üçün 5 milyon avro məbləğində ödəniş müəyyən edilib.

Hakimin qərarına görə Kerimov pasportunu təhvil verməli və noyabrın 20-də saxlandığı Nitsa şəhəri beynəlxalq hava limanının yaxınlığında qalmalıdır.

Kerimovun həbsi Rusiyada hiddət doğurub və Kreml onu müdafiə edəcəyini bildirib. Rusiyanın Xarici İşlər Nazirliyi bildirir ki, bu hadisə ilə bağlı noyabrın 22-də Fransanın Moskvadakı səfirinə etiraz notası təqdim edilib.

51 yaşlı Kerimovun rəsmi təhqiqata alınması o deməkdir ki, belə qərarlar həmişə olmasa da əsasən Fransa məhkəməsində mühakiməyə səbəb olur.

Prokurorlar bildirirlər ki, Kerimov vergi fırıldağından əldə olunmuş pulların xüsusilə ağırlaşdırıcı tərzdə yuyulmasında şübhəli bilinir. Bu ittiham təsdiqlənərsə Kerimov barəsində 10 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıla bilər.

Fransa ədliyyəsindən olan mənbə Reuters agentliyinə bildirib ki, təhqiqatın diqqəti Kerimovun Fransız Rivyerasında balıqqulağı şirkətlər vasitəsi ilə aldığı bir neçə dəbdəbəli malikanənin üzərində cəmləşib.

Belə alqı-satqı ona Fransa dövlətinə ödənəcək verginin məbləğini xeyli azaltmış ola bilərdi.

Kreml ümumi sərvəti Forbes jurnalı tərəfindən 6, 3 milyard dollar civarında təxmin edilən Kerimovu müdafiə edəcəyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov noyabrın 22-də deyib ki, Kerimovun senator statusu və onun Rusiya vətəndaşı olması Moskvanı onun qanuni hüquqlarının qorunması üçün məsul edir.

Kerimov Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasında Dağıstanı təmsil edir.

Rusiya XİN bildirib ki, rəsmi Parisə Kerimovun diplomatik toxunulmazlığa malik olduğu xatırladılıb.

Lakin Rusiyanın RIA Novosti agentliyi Federasiya Şurasındakı anonim mənbəyə istinadən yazır ki, Kerimov Fransaya özünün diplomatik pasportu ilə getməyib, beləki bu səfər rəsmi biznes üçün edilməmişdi.

Fransa XİN-in sözçüsü bildirib ki, Kerimov diplomatik immunetitindən yalnız millət vəkili kimi istifadə etmək hüququna malikdir.

Sözçü deyib ki, onun mühakiməsinin, vəzifəsi ilə bağlı olub-olmadığı və buna görə də immunitetin ona tətbiq edilməsi məsələsi barədə qərarı yalnız hakim verə bilər.

XS
SM
MD
LG