Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:31

Deputat: 'Fransa hakimiyyətinin bizimlə bağlı danışmağa haqqı yoxdur'


Millət vəkili Fəzail İbrahimli
Millət vəkili Fəzail İbrahimli

“Azərbaycanda da hər hansı vətəndaş Fransa prezidenti haqqında belə ifadələr işlətsə, xoşagələn olarmı?”

“Prezident ölkənin rəsmi atributudur. Azərbaycan da o Fransa vətəndaşları haqqında iddia qaldırırsa, bəli, ona baxılmalıdır, rədd edilməməlidir. İnsanın şərəf və ləyaqətini təhqir etmək, onu alçaltmaq anormal haldır, qanuna ziddir”, - hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Məmmədov prezident İlham Əliyevi “diktator” adlandıran iki fransalı jurnalistlə bağlı Bakının qaldırdığı məhkəmə iddiasının Fransa məhkəməsi tərəfindən rədd olunmasına belə reaksiya verib.

Elman Məmmədov
Elman Məmmədov

Buna da bax: Azərbaycan hakimiyyəti 2 fransalı jurnalisti məhkəmədə uda bilmədi [yenilənib]

“Azərbaycanda da hər hansı vətəndaş Fransa prezidenti haqqında belə ifadələr işlətsə, xoşagələn olarmı?”

O, AzadlıqRadiosu-na deyib: “İndi Azərbaycan vətəndaşları da Fransa prezidentinin ünvanına ləyaqətsiz, ağzına gələn sözləri danışa bilər. Bunu nə qədər ciddi qəbul etmək lazımdır? İstər o fransalı jurnalist olsun, istərsə də Fransanın kimi olur-olsun hər hansı ölkənin prezidenti haqqında ləyaqətsiz, şərəfsiz, ağzına gələn ifadə işlədirsə hesab edirəm ki, onun heç özü normal adam deyil. Azərbaycanda da ya jurnalist ya qeyri-jurnalist, hər hansı vətəndaş Fransa prezidenti haqqında belə ifadələr işlətsə, xoşagələn olarmı?”

Elman Məmmədov: “İndi Azərbaycan vətəndaşları da Fransa prezidentinin ünvanına ləyaqətsiz, ağzına gələn sözləri danışa bilər..."
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Buna da bax: Mehman Hüseynov: 'Fahişəxanalar bəs onun nüfuzuna xələl gətirmir?'

Başqa bir YAP-çı deputat, “Yeni Azərbaycan” qəzetinin redaktoru Hikmət Məmmədov isə məsələdən xəbərsiz olduğunu söyləyərək Fransa məhkəməsinin qərarına münasibət bildirməkdən imtina edib.

"Azərbaycanın torpağını işğal edən ermənini dəstəkləyən Fransa hakimiyyətinin bizimlə bağlı danışmağa haqqı yoxdur"

Deputat Fəzail İbrahimli: “Biz Fransadan yaxşı bir şey gözləmirik”

“Nə qədər ki Qarabağ problemi həll edilməyib heç bir dövlətin bizim yanımızda, Azərbaycana qarşı, Azərbaycanın dövlətinə, onun prezidentinə qarşı danışmağa mənəvi və siyasi haqqı yoxdur. Azərbaycanın torpağını işğal edən ermənini dəstəkləyən Fransa hakimiyyətinin bizimlə bağlı danışmağa haqqı yoxdur”, - bitərəf deputat Fəzail İbrahimli məhkəmənin rədd qərarı haqda danışarkən belə deyib.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

“Bizim bir milyon qaçqınımız var. Fransa bunu görmür? Ancaq heç vaxt danışmır. Fransa burnunu bizim işlərimizə soxa bilməz. Fransa erməni lobbisinin təsiri altında fəaliyyət göstərir. Orda prezident seçkilərinə təsir edən güclü erməni lobbiləri var. Ona görə də biz Fransadan biz yaxşı bir şey gözləmirik”, - deməklə Fəzail İbrahimli fikrini yekunlaşdırıb.

Fəzail İbrahimli: "Azərbaycanın torpağını işğal edən ermənini dəstəkləyən Fransa hakimiyyətinin bizimlə bağlı danışmağa haqqı yoxdur”
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00
Direct-ə keçid

Azərbaycan hökuməti Elis Luçet (Élise Lucet) Loran Rişar (Laurent Richard) adlı iki televiziya əməkdaşını böhtançılıqda ittiham edirdi. Vurulmuş zərərə görə 1 avro simvolik cərimə, o cümlədən Fransanın müvafiq orqanlarının bu telekanala yayım qadağası tətbiq etməsini, ya da 12 min avro cərimələnməsini tələb edirdi.

Noyabrın 7-də Fransa məhkəməsi bu iddianı rədd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG