Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:14

Fransa kosmik ordu yaradır


Fransada Bastiliya qalasının alınması münasibətilə hərbi parad. 14 iyul, 2019
Fransada Bastiliya qalasının alınması münasibətilə hərbi parad. 14 iyul, 2019

Fransa kosmik qüvvələrin milli komandanlığını yaradır.

AzadlıqRadiosunun AFP və dpa agentliklərinə istinadla verdiyi məlumata görə, bunu iyulun 13-də ölkə prezidenti Emmanuel Macron bəyan edib. Yeni komandanlıq hərbi-hava qüvvələrinin nəzdində yaradılacaq.

Macron belə bir bəyanatla, Bastiliya qalasının alınması günü münasibətilə keçirilən milli bayram ərəfəsində çıxış edib. Ənənəyə görə bu milli bayramda Yelisey düzündə böyük hərbi parad keçirilir.

Makcron qeyd edib ki, Fransanın kosmik potensialının inkişafı və möhkəmlənməsi üçün bu ilin sentyabrında böyük kosmik komandanlıq yaradılacaq və sonda bu ölkənin Hərbi-hava kosmik qüvvələrinə çevriləcək.

Qeyd edək ki, bu ilin fevralında ABŞ-da da kosmik ordu yaradılıb.

ABŞ prezidenti Donald Trumpın fərmanı ilə kosmik qüvvələrin qərərgah rəisi ABŞ hərbi-hava qüvvələri qərargah rəisləri birgə komitəsinin tərkibinə daxil edildi.

ABŞ-ın Kosmik ordusunun sayı 15-20 min arasındadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG