Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:32

Fransa Əliyevlə Sargisyanın görüşünü təşkil etməyə hazırdır


Jean-Marc Ayrault helikopterdən Donetskiyə baxır, 15 sentyabr 2016
Jean-Marc Ayrault helikopterdən Donetskiyə baxır, 15 sentyabr 2016

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır.

Bunu Fransanın xarici işlər naziri Jean Marc Ayrault deyib.

Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.

"Əgər tərəflər danışıqları davam etdirib sülh sazişi imzalamaq istəsələr, Fransa bu görüşü təşkil etməyə hazırdır".

Jean Marc Ayrault bildirib ki, Fransa münaqişənin dinc, danışıqlar yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrpunun həmsədrlərindən biridir:

“Bu cür münaqişələr yalnız diplomatik yollarla həll oluna bilər", - deyə Ayrault bildirib.

Fransa xarici siyasət idarəsinin başçısı münaqişəylə bağlı status-kvonun saxlanmasına qarşı olduğunu da bildirib: “Status-kvonun saxlanması vəziyyəti daha da mürəkkəbləşdirən bir siyasi seçimdir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG