Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:53

Azərbaycan daha 5 il Formula 1 keçirmək istəyir


Bu gün, oktyabrın 16-da 2019-cu ildə keçiriləcək “Formula 1 Azərbaycan Grand Prix” ilə bağlı biletlərin satışına start verilib.

Bu haqda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatında bildirilir.

Biletlərin 4 günlük olduğu, onlara məhdud sayda 20 faizlik endirim təklif edildiyi bildirilir.

Endirimli təkliflər gələn il yanvarın 1-dək qüvvədə olacaq. Ardınca biletlərin satışının tam qiymətə davam etdiriləcəyi vurğulanır. Yarışın təşkilatçıları yalnız yerli sakinlərə 25 faizlik endirim tətbiq etməlidirlər.

Endirim kampaniyası müddətində yerli sakinlərə təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 AZN arasında dəyişir.

Bakıda növbəti (4-cü dəfə) Formula 1 yarışı gələn il 26-28 aprel tarixlərində baş tutmalıdır.

Təşkilatçılarla danışıqlar

Azərbaycanın 2020-ci ildən sonra Formula-1 yarışını daha 5 il keçirməkdən ötrü təşkilatçılarla danışıqlar apardığı bildirilir.

Bu haqda isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai Report-a bildirib.

Onun sözlərinə görə, Formula 1 rəhbərliyi və BŞH əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Azərbaycanın daha 5 il Formula 1 yarışları keçirmək niyyətində olmasını gənclər və idman naziri Azad Rəhimov da açıqlamışdı.

O, may ayında bildirmişdi ki, üç ay sonra Formula 1 rəhbərliyinə kontraktı 2025-ci ilədək uzadıb-uzatmamaq barədə qərarlarını bildirəcəklər.

XATIRLATMA

Azərbaycan Formula-1 Grand Prix yarışlarını 2016-cı ildən təşkil edir. Sonuncu dəfə bu il aprelin 27-dən 29-na kimi Bakıda Formula-1 yarışları keçirilib.

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan daha 2 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.

Rəsmilər Azərbaycanda Formula-1 Grand Prix yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG