Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Valtteri Bottas Formula 1 Azərbaycan Qran-prisinin qalibi oldu


Formula-1 Azərbaycan. 29 aprel, 2018 Mercedesin pilotu Valtteri Bottas və Red Bull's Daniel Ricciardo yarəşda
Formula-1 Azərbaycan. 29 aprel, 2018 Mercedesin pilotu Valtteri Bottas və Red Bull's Daniel Ricciardo yarəşda

“Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-prisinin qalibi olub.

Onun komanda yoldaşı Luis Hamilton ikinci olub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb.

--

Aprelin 28-də Bakı şəhər halqasında Formula 1 SOCAR Azərbaycan Qran-prisi start götürüb.

Yarışda 10 komandanı təmsil edən 20 pilot trekdə 51 dövrə vuracaqlar.

AZƏRTAC-ın xəbərinə görə, aprelin 27-də keçirilən sıralanma turundan sonra pilotların qrid düzülüşü aşağıdakı kimidir:

1. Valtteri Bottas (Mercedes)

2. Luis Hamilton (Mercedes)

3. Sebastian Fettel (Ferrari)

4. Maks Ferstappen (Red Bull Racing)

5. Serxio Peres (Racing Point)

6. Daniil Kvyat (Toro Rosso)

7. Lando Norris (McLaren)

8. Şarl Lekler (Ferrari)

9. Karlos Sayns (McLaren)

10. Daniel Rikkardo (Renault)

11. Aleksandr Albon (Toro Rosso)

12. Kevin Maqnussen (Haas)

13. Lens Stroll (Racing Point)

14. Romen Qroxan (Haas)

15. Niko Hülkenberq (Renault)

16. Corc Rassell (Williams)

17. Antonio Covinatsi (Alfa Romeo)

18. Robert Kubitsa (Williams)

19. Kimi Raykkonen (Alfa Romeo)

20. Pyer Qasli (Red Bull Racing)

Builki dünya çempionatında indiyədək keçirilmiş üç Qran-pridən sonra pilotların yarışına 44 xalla “Mercedes”in pilotu Valtteri Bottas liderlik edir. Komanda yoldaşı Luis Hamilton ondan 1 xal geri qalır. “Red Bull Racing”in hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə “Mercedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 73, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 52 xalı var.

Formula 1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda – “Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildə təşkil olunan Formula 1 Azərbaycan Qran-prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb. 2018-ci il Qran-pridə isə “Mersedes” komandasının britaniyalı sürücüsü Luis Hamilton qələbə qazanmışdı.

Əsas yarışdan əvvəl pilotların paradı və açılış mərasimi keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışa baxırlar.

Açılış mərasiminə Azərbaycanın dövlət himninin ifası ilə start verilib.

Buna da bax: Formula 1-in qazanc və itkiləri

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG