-
“Formula 1” yarışlarına hazırlıq işləri davam edir. Yarış avtomobillərinin keçəcəyi mərkəzi küçələrdə yeni asfalt qatının çəkilməsinə başlanılır. Bu səbəbdən martın 22-də paytaxtın bəzi küçələri avtomobillərin iştirakı üçün qismən bağlı olacaq.
Yarışların Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə bildirilib ki, işlər aprelin sonlarına kimi davam edəcək.
Bundan əvvəl də “Formula 1” yarışlarına hazırlıq məqsədilə paytaxtın bəzi küçələri təmirə dayanmışdı.
“Formula-1” yarışları bu ilin iyunun 19-u başlayacaq.