Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 21:40

Forbes jurnalının Qazaxıstan ofisinə reyd keçirilib


Qazaxıstanın hakimiyyət orqanları Forbes jurnalının yerli nəşrinin ofisinə reyd keçirib. Reyd əsnasında redaktorlardan biri qısa müddətə saxlanıb və onun sənədləri müsadirə edilib.

Ölkənin hüquq-mühafizə orqanları aprelin 2-də habelə ölkənin ticarət paytaxtı Almatıda Ratel.kz internet saytının redaksiyasına reyd keçirib və bir neçə əməkdaş həbs olunub.

AzadlıqRadiosu xəbər verir ki, belə görünür, bu reydlər keçmiş maliyyə naziri Zeynulla Kakimjanova dair tənqidi materiallarla bağlıdır. Əvvəllər Kakimjanov sözü gedən hər iki media orqanını tənqidi məqalələrə görə məhkəməyə verib.

Alamatı polisi aprelin 2-də bildirib ki, reydlər adı “vətəndaş K” kimi verilən şəxsdən gələn şikayətin əsasında aparılıb. O bu medialarda saxta xəbərlərin verilməsindən şikayət edib.

Forbes jurnalının Qazaxıstan nəşrinin redaktoru Askar Aukenov Facebook səhifəsində yazıb ki, günorta saatlarında 20-dək polis redaksiyaya gəlib. Onların əlində redaktor müavini Aleksandr Vorotilovun kompüterində axtarış aparılması üçün order vardı.

Redaktor bunu da bildirib ki, məhkəmə axtarış orderini Kakimjanovun şikayəti əsasında verib.

Ratel.kz saytı isə Facebook-da yazıb ki, portalın baş redaktoru Marat Asipov, onun müavini Sapa Mekebayev və sütunyazarı Anna Kalaşnikova saxlanıblar.

Ötən apreldə Kakimjanov və onun oğluna məhkəmə qərarı ilə 156 min dollar təzminat ödənib.

XS
SM
MD
LG