Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

ABŞ hərbi təyyarəsi Ukrayna üzərində 'fövqəladə' uçuş edib


Prezident Petro Poroshenko dekabrın 6-da Jitomirdəki hərbi birləşməyə baş çəkib
Prezident Petro Poroshenko dekabrın 6-da Jitomirdəki hərbi birləşməyə baş çəkib

Birləşmiş Ştatlar bildirir ki, beynəlxalq hərbi müşahidə müqaviləsinə uyğun olaraq Ukrayna üzərindən “fövqəladə” uçuş həyata keçirib.

Pentaqon bu xəbəri dekabrın 6-da yayıb:

“Bugün Birləşmiş Ştatlar və Müttəfiqlər Açıq Səmalar Müqaviləsinə uyğun olaraq fövqəladə uçuş həyata keçirib”.

Bəyanatda deyilir ki, bu hadisə ABŞ-ın Ukrayna və başqa partnyor ölkələrə dəstəyinin ifadəsi olub.

2002-ci ildə imzalanmış Açıq Səmalar Müqaviləsi bu sənədi paraflamış 34 ölkəyə bir-birlərinin əraziləri üzərindən silahsız müşahidə uçuşları etmək imkanı verir.

Belə uçuşlar əvvəlcədən planlaşdırılır, lakin əvvəlcədən planlaşdırılmamış – “fövqəladə” uçuşlara da icazə verilir. Bunun üçün iki ölkənin, bu halda ABŞ və Ukraynanın razılığı kifayətdir.

Pentaqon bu bəyanatda habelə Rusiyanın Ukrayna gəmilərinə “səbəbsiz hücumunu təhlükəli meyl” kimi pisləyir.

Bəyanatda deyilir ki, Birləşmiş Ştatlar “Rusiya ilə daha yaxın münasibətlərə çalışır, lakin bu, Ukrayna və başqa yerlərdə qanunsuz və pozucu hərəkətlərin davam etdiyi bir vaxtda mümkün ola bilməz”.

Bundan əvvəl CNN xəbər vermişdi ki, ABŞ Qara dənizə hərbi gəmi göndərmək niyyətindədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG