Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 09:15

Fleşmob təşkilatçısı barəsində cinayət işi açılıb


Flash mob, Çin, arxiv foto

Mayın 29-da Fəvvarələr Meydanında “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fləşmob keçirməyə cəhd edənlər saxlanıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, fləşmob xüsusi karantin rejimi qaydalarına zidd olub.

Qeyd edildiyinə görə, bu səbəbdən Bakı Şəhər Baş Polis İdarəsi və İcra Hakimiyyətinin əməkdaşları onun qarşısını alıb.

Məlumatda həmçinin qeyd edilib ki, tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bildirildiyinə görə, əraziyə toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması ) maddəsinə əsasən müvafiq tədbirlər görülüb.

Bu açıqlamaya, hələlik,saxlanan şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Koronvirus pandemiyası ilə bağlı martin 24-dən Azərbaycanda karantin rejimi tədbiq edilib. Bu rejimdə kütləvi tədbirlər dayandırılıb.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ötən əsrin 50-ci illərindən etibarən BMT Baş Assambleyasının qərarı ilə qeyd edilir.

Multimedia

XS
SM
MD
LG