Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:48

Slovakiyanın baş naziri Fitsonun vəziyyətinin ağır, amma sabit olduğu deyilir


Robert Fitso
Robert Fitso

Slovakiyanın baş nazir Robert Fitsonun vəziyyəti mayın 15-də ona qarşı edilmiş sui-qəsd cəhdindən sonra ağır, amma sabit olaraq qalır.

Bu məlumatı mayın 16-da Fitsonu müalicə edən həkimlər veriblər.

Bundan əvvəl hökumət 59 yaşlı siyasətçinin ağır yaralandıqdan sonra “öz həyatı uğrunda müabrizə apardığını” bildirmişdi. Slovakiyanın müdafiə naziri Robert Kalinyakın sözlərinə görə Fitsonun üzərində bir neçə saat çəkən cərrahiyyə əməliyyatı aparılıb.

Baş nazirin müavini Tomas Taraba isə deyib ki, cərrahiyyə əmıliyyatından sonra Fitsonun həyatı qucun təhlükəı sovuşub.

Pravda saytının məlumatına görə baş nazir daha biu cərtrahiyyə əməliyyatından keçməlidir.

“Siyasi motivli sui-qəsd”

Serbiyanın daxili işlər naziri Matuş Şutay-Eştok baş vermiş hadisəni “siyasi motivli sui-qəsd cəhdi” adlandırıb.

Mayın 16-da Slovakiya polisi Fitsoya güllə atmaqda şübhəli bilinən şəxsə qarşı ittiham irəli sürüb. O qəsdən adam öldürmək cəhdində ittiham olunur. Onu 25 il azadlqıdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.

Buna baxmayaraq polis şübhəlinin adını hələ də rəsmən açıqlamayıb.

Lakin Slovakiya mediası şübhəlinin 71 yaşlı yazıçı və siyasi fəal Yuray Tsintula olduğunu yazır.

Slovakiya media şəbəkələrində dövr edən bir videdeoda Tsintula hazırkı hakimiyyətin mediaya münasibətindən narazılığı bildirir.

Şuray-Eştok şübhəlinin antihökumət aksiyalarında iştirak etdiyini təsdiqləyib.

Nazirin sözlərinə görə Tsintula Fitso hökumətinin ictimai medianın tənzimlənməsi, prokurorluqda korrupsiyaya qarşı xüsusi mübarizə şöbəsinin bağlanması, Ukraynaya hərbi yardımın dayandırılması kimi təşəbbüslərindən narazılığını bildirib.

Şutay-Eştok bununla yanaşı şübhəlinin heç bir siyasi partiya ilə bağlı olmadığını deyib.

Slovakiyanın baş naziri sui-qəsd nəticəsində ağır yaralanıb (Video)

Slovakiyanın baş naziri Robert Fitso ona qarşı silahlı sui-qəsd zamanı yaralanıb.

Denník N qəzetinin xəbərinə görə ona Qandlova şəhərində keçirilən səyyar hökumət müşavirəsindən sonra atəş açılıb.

Pravda qəzeti isə yazır ki, baş naziri helikopterlə 170 kilometrlik məsafədə olan paytaxt Bratislavadakı xəstəxanaya aparırlar.

Şahidlərin dediyinə görə baş nazir onu salamlayan adamlara yaxınlaşarkən kütlənin arasından kimsə “Robo bura gəl!” qışqırıb.

Robert Fitsonun ağır vəziyyətdə olduğu xəbər verilir. Ona iki və ya üç güllənin dəydiyi ehtimal olunur.

Sui-qəsdin ardınca Slovakiya parlamentinin plenar iclası dayandırılıb. Siyasətçilər, o cümlədən müxalifət partiyalarının nümayəndələri baş nazirə sağlıq dilədiklərini bildirirlər.

Fitso ötən oktyabrda, onun populist “Kurs – slovak sosial-demokratiyasıdır” partiyasının parlament seçkisində qalib gəlməsindən sonra baş nazir olub.

Partiya avroskeptik və millətçi mövqe tutur. Fitso seçki kampaniyası zamanı Ukraynaya hərbi yardımların məhdudlaşdırılmasına və miqrasiya nəzarətinin gücləndirilməsinə çağırmışdı.

Ötən apreldə keçirilən prezident seçkisində daha bir avroskeptik, Fitso partiyasının keçmiş üzvü Peter Pelleqrini qalib gəlib. İyun ayında ölkədə Avropa Parlamentinə seçki keçiriləcək.

Slovakiyanın baş naziri Roberts Fitso ona edilmiş sui-qəsddən sonra xəstəxanaya yerləşdirilib.

Denník N qəzeti yazır ki, ona hökumət müşavirəsindən sonra atəş açılıb.

Bu da xəbər verilir ki, qəzetin müxbiri hadisə yerinin yaxınlığında olub. O sui-qəsd anını görməsə də atəş səslərini eşidib.

Şübhəlinin saxlanması
Şübhəlinin saxlanması

Bundan sonra jurnalist mühafizəçilərin baş naziri yerdən qaldırıb maşına qoyduqlarının şahidi olub.

Şahidlər deyirlər ki, Fitso atəş açılmazdan əvvəl onu salamlayan adamlara yaxınlaşıb.

Şübhəli polis tərəfindən yerində saxlanıb. Fitsonun durumu barədə məlumat hələ yoxdur.

Xəbər yenilənir...

XS
SM
MD
LG