Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:57

‘İndiki halda ya qanun dəyişməli, ya Əliyevlər boşanmalıdır’ [video]


Mehriban Əliyevanın təyinatı qanunidirmi?
Gözlə

No media source currently available

0:00 0:14:10 0:00

Mehriban Əliyevanın təyinatı qanunidirmi? [video]

İlham Əliyev xanımı Mehriban Əliyevanı Azərbaycanın vitse prezidenti təyin edib.

Prezidentin öz təşəbbüsü ilə 2016-cı ilin sentyabrında referendumda dəyişmiş Konstitusiyaya görə əgər prezident vəzifədən getsə, Mehriban Əliyeva müvəqqəti olaraq prezidentlik səlahiyyətlərini icra edə bilər.

İlham Əliyev qərarını fevralın 21-də keçirilən Təhlükəsizlik Şurasının iclasında elan edib.

Bəs İlham Əliyev hansı ehtiyacdan Mehriban Əliyevanı özünə vitse-prezident götürdü? Bu təyinat nədən xəbər verir?

Buna da bax:​ Mehriban Əliyeva birinci vitse-prezident oldu

Danışdığımız şərhçilərin fikirləri bu mənada əsasən üst-üstə düşür. Əliyev yeni iqtisadi durumda - yəni neftin qiymətinin ucuzlaşması fonunda gəlirlərin azalması durumunda obrazlı desək, öz hakimiyyətinin "qala"sının mühafizəsini möhkəmləndirir.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, İlham Əliyev elə zəifdir ki, öz ailə üzvündən başqa heç kimə inanmır, bu posta xanımını gətirməyə məcbur qalıb.

Partiya sədri düşünür ki, ümumiyyətlə, Konstitusiyanı dəyişməyə və bu postu yaratmağa ehtiyac yox idi:

“Ölkədəki hakimiyyət sosial problemlərin həlli ilə məşğul olmalıdır. Bir il ərzində bu ölkədə 500 nəfər intihar edir. Amma bu ölkənin prezidenti nə ilə məşğuldur? Öz həyat yoldaşını vitse-prezident təyin edir, saxta referendum vasitəsilə Konstitusiyanı dəyişir ki, hakimiyyəti ona ötürə bilsin. Bundan əvvəl də iki dəfə Konstitusiya bir ailənin ambisiyaların təmin etmək üçün dəyişdirilib”.

Buna da bax:​ 'Bir ailənin hegemonluğu...'

Biz Bakıda sorğu keçirmişik, sakinlərin fikrini soruşmuşuq ki, İlham Əliyevin həyat yoldaşını özünə viste-prezident götürməsi haqda nə düşünürlər?

Bakı sakinləri Mehriban Əliyevanın vitse-prezidentliyi haqda
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

Hüquqşünas Akif Qurbanov isə deyir ki, “Korrupsiya haqqında qanun”un 7-ci maddəsinə görə, bəzi istisnalarla yaxın qohumların birgə işləməsinə yol verilmir.

7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Buna da bax:​ 'Mehriban Əliyeva... problem yaşamayacaq

Akif Qurbanov
Akif Qurbanov

Akif Qurbanov deyir ki, indiki halda ya qanun dəyişməlidir, ya Əliyevlər boşanmalıdır, ya da onlardan biri istefa verməlidir. Hüquqşünas qanunun maddəsinin dəyişəcəyinin daha real olduğunu deyir.

Şərhlərdən biri isə budur ki, Mehriban Əliyeva prezident ola və ərindən daha demokratik prezident ola bilər.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Mehriban Əliyeva klanlararası – yəni, Naxçıvan klanı və 1-ci xanımın aid olduğu Paşayevlər qruplaşmasının rəqabətindən qalib çıxıb.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

“Mənim hesablamalarıma görə, hədəf 2018-ci ilin seçkiləridir və Paşayevlər öz namizədləriylə iştirak etmək istəyirlər. «Ölkə daxilində nə dəyişəcək» sualına cavab vermək bir qədər çətindir. Güman edirəm ki, idarəetmədə və xarici siyasətdə ciddi dəyişikliklər baş verməyəcək. Sadəcə, hakimiyyət daxilindəki kiçik və orta qruplaşmalar sıradan çıxarılacaq. Paşayevlərə qarşı çıxanları məğlubiyyət gözləyir".

Buna da bax:​ 'Qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar'

Azər Rəşidoğlu deyir ki, gələcək proseslərin taleyi həm də hakim ailənin - Heydər Əliyev klanının nümayəndələrinin, xüsusən də prezidentin bacısı Sevil Əliyevanın bu təyinata münasibətindən asılı olacaq. Amma istənilən halda, qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar.

Müxalif ReAl hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı düşünür ki, bu təyinatla sülalə hakimiyyəti daha da möhkəmləndi, bu da onun fikrincə, respublikaçılığın sonudur.

Bəs Mehriban Əliyeva necə siyasətçidir? Müxalifətdən Azər Qasımlı deyir ki, o, Mehriban Əliyevanı siyasətçi kimi tanımır. Onun necə vitse-prezident olacağını zaman göstərəcək.

Buna da bax:​ Mehriban Əliyeva: 'Etimadı doğruldacağam'

“Turan” Agentliyinin direktoru Mehman Əliyev deyir ki, bu təyinat Azərbaycana Qərbin, xüsusilə də ABŞ-ın təzyiqlərinin nəticəsidir. Azərbaycan hakimiyyəti demokratikləşməyə məcburdur. Və yeni prezident olacaqsa, o daha islahatçı olmağa məcbur olacaq.

Turan Agentliyinin direktoru Mehman Əliyev
Turan Agentliyinin direktoru Mehman Əliyev

"Mövcud olan böhran yaranmasaydı, hər şey əvvəlki kimi olacaqdı. Mövcud vəziyyət onu göstərir ki, islahatların keçirilməsi vacibdir, hakim elita bunu istəmir, birmənalı şəkildə biz bunu başa düşürük. Amma bir tərəfdən vəziyyət onu tələb edir ki, dəyişiklik olsun. Başqa çıxış yolu yoxdur, çünki bu maşın artıq tükənib və davamlı hərəkət edə bilməz. Birinci növbədə ABŞ-ın təzyiqi var, tələb qoyulur ki, islahatlar aparılmalıdır və buna doğru da gedilir".

Yeni Azərbaycan Partiyasının rəsmiləri isə Əliyevanın təyinatını yüksək qiymətləndirib. Siyavuş Novruzov “Trend” agentliyinə deyib ki, bu, partiyanın uğurudur.

Milli Məclisin vitse-spikeri Bahar Muradova hesab edir ki, 1-ci xanım etimadı doğruldacaq.

Buna da bax: Arvadını vəzifəyə qoymuş diktatorlar

53 yaşlı Mehriban Əliyeva həm də Milli Məclisin deputatı və Heydər Əliyev Fondunun prezidentidir.

34 ildir ki, prezident İlham Əliyevlə evlidir, üç uşaqları var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG