Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:58

Finlandiyada kütləvi bıçaqlamada iki nəfər öldürüıüb


Finlandiya polisi xəbər verir ki, ölkənin qərbindəki Turku şəhərində baş vermiş bıçaq hücumunda 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Avqustun 18-da şəhərin Puutori meydanı yaxınlığında baş vermiş hücumun terror aktı olub-olmadığı bilinmir.

Finlandiyanın Helsingin Sanomat qəzeti yazır ki, hücumun ardınca 8 nəfər xəstəxanaya aparılıb.

Polis bunu da xəbər verir ki, avqustun 18-də yer almış atışmanın ardınca basqın edənlərdən biri həbs olunub. Hazırda ikinci potensial şübhəlinin axtarışı davam edir.

Baş nazir Juha Sipila Tvitterdə yazıb ki, hökumət Turkuda baş vermiş hadisəni diqqətlə öyrənir.

Finlandiya polisi bildirir ki, bıçaqlanmaların ardınca Helsinkinin hava limanı və vağzallarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bundan bir gün əvvəl İspaniyada törədilmiş terror basqını nəticəsində 14 nəfər həlak olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG