Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 04:08

Ekspert: Finalla bağlı narazılığın kökündə həm də AZAL-ın inhisarçılığı durur


Arsenal-Çelsi klubları biletləri niyə geri qaytarır?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Arsenal-Çelsi klubları biletləri niyə geri qaytarır?

UEFA Avropa Liqası final oyunun Bakıda keçirilməsi ilə bağlı qalmaqallar səngimir. Arsenal və Chelsea komandaları arasında mayın 29-da keçiriləcək oyunun təşkilinə iradlar nə qədər əsaslıdır? Bakı belə bir oyuna ev sahibliyinə nə dərəcədə hazırdır?

Ən son xəbərə görə hər iki klub onlara ayrılan biletleri də geri qaytarmaq istəyir, səbəb kimi də Bakıya getməyin çətin və baha başa gəlməsini göstərirlər.

Halbuki, komandalar onlara cəmi 6 min bilet verilməsini kəskin tənqidlə qarşılamışdılar. 68 minlik Bakı Olimpiya Stationda onlara ümumilikdə cəmi 12 min yerin ayırlmasını olduqca az sayırdılar.

Arsenal Klubunun Praqada yaşayan azarkeşi Coilin O'Connor deyir ki, əslində hər bir azarkeş sevimli komandasının final oynunu canlı izləmək istəyər. Amma Bakıya getmək çox çətin və baha olduğundan azarkeşlər gedə bilmirlər:

"Birincisi Azərbaycana getmək olduqca çətindir. Məsələn, mən biletə baxdım, final oyunu keçiriləcək tarixlərdə Bakıya birbaşa reyslər yoxdur. Bir neçə təyyarə dəyişib, ora getmək lazım gəlirdi, təsəvvür edin ancaq yolpulu olduqca baha idi. Bir də bunun otel və digər xərcləri var. Ona görə də düşünürəm ki, həm yerləşməsinə, həm çatımlığına görə Bakı Avropa liqasına ev sahibliyi üçün uyğun deyil”.

Final yarışlarının Bakıya təyin olunmasına görə Avropa Futbol Azerkeşləri klubu da UEFA-nı tənqid atəşinə tutub:

“Bakıda yaşayış şəraiti, insan haqlarının durumu, biletlərin paylanması prinsipi və viza verilməsi prosesi azarkeşlərin ciddi narahalığına səbəb olub”.

Azarkeşlər Klubu qeyd edir ki, Bakıya Avropanın bir çox şəhərlərindən bir başa təyyarə reysləri yoxdur, bundan başqa, Avropa Birliyinə daxil ölkələrin vətəndaşlarının Azərbaycana səfəri üçün viza tələb olunur. Ümumilikdə, bu klub Bakının final yarışlarına ev sahibliyinə hazır olmadığı bildirir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Bakı sakinləri Çelsi və Arsenalın nigarançılığı haqda
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Gənclər və İdman Nazirliyi vəziyyətdən razıdır

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə bu iradlarla razılaşmır. Bildirir ki, Azərbaycan ilk dəfə deyil beynəlxalq idman tədbirinə ev sahibliyi edir. Onun sözlərinə görə, Azərbaycanın bu sahədə kifayət qədər böyük təcrübəsi var:

“Hələ elə bir idman yarışları olmayıb ki, ora gələn qonaqlar narazı qayıtsınlar. Hazırda UEFA rəsmiləri Azərbaycandadırlar, hazırlıq işləri ilə tanış olurlar. Onlar təşkilati və digər məsələləri yüksək qiymətləndirirlər”.

Arsenal klubunun oyunçusu, Ermənistan milli komandasının kapitanı Henrikh Mkhitaryan Bakıya gəlməyəcəyini elan edib. Onun bu qərarı komanda yoldaşları və klubun azerkeşlərinin məyusluğuna səbəb olub.

Arsenalın baş məşqçisi Mkhitaryanın bu qərarını komanda üçün böyük itki sayıb. Mkhitaryan təhlükəsizliyi üçün Bakıya gəlmədiyini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirib ki, hər kəsə, eləcə də Mkhitaryanın təhlükəsizliyinə tam zəmanət verilmişdi.

Qonaq çağıran buna hazır olmalıdır

Müxalif Real Partiyasının icra katibi Natiq Cəfərli hesab edir ki, Avropa Liqasının oyunlarına ev sahibliyi, Formula 1, Avropa Olimpiya oyunları və digər beynəlxalq yarışlarla müqayisədə Azərbaycana iqtisadi qazanc gətirəcək. Çünki Azərbaycanda stadion var, əlavə infrastruktur yaratmağa ehtiyac yoxdur. Hazırlıq da kifayət dərəcədədir. Onun fikrincə, yaranan narazılıqların əsas səbəbi yenə də gedib inhisara bağlanır:

“İnfrastruktur baxımından bir hazırlığa ehtiyac yoxdur. Əsas problem azarkeşlərin sayı ilə bağlıdır. Çarter reyslərinin sayı, Bakı hava limanın bu qədər axına hazırlıq məsələsi gündəmə gəlir. Bunun da səbəbi sistemdədir. Çünki Bakı Hava Limanı rəqabətli şəkildə fəaliyyətə hazırlaşmayıb. AZAL-ın və AZAL-a bağlı yerli idarəetmə qurumlarının bir hegamonluğu, bazarda inhisarçı mövqeyi var. Ona görə də bu gün belə problemlər üzə çıxır”.

Natiq Cəfərlinin fikrincə, ola bilər ki, məhz buna görə də Arsenal və Chelsea klublarına 6 minlik bilet yeri ayrılıb.

Bu komandalar final yarışının Bakıda keçirilməsi qərarına görə UEFA-nı kəskin tənqid edib.

Mayın 22-də isə Amnesty İnternational insan haqlarını müdafiə təşkilatı da UEFA-nı Azərbaycanın insan haqları sahəsində “dəhşətli” durumu idmanla ört-basdır etmək imkanı verməməyə çağırıb.

Beynəlxalq yarışlara ev sahibliyi öncəsi Azərbaycan hökuməti insan haqlarını pozmasına görə tənqid olunsa da, rəsmilər bunu təkzib edirlər. Bu tənqidləri Azərbaycanın uğurunu gözü götürməyən qüvvələrin işi adlandırırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG