Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:09

Fikrət Qocanın oğlunun ölüm işi: 'Dost olmuşuq, peşmanam...'


Fikrət Qoca
Fikrət Qoca

Bu ilin martında paytaxtın Mir Cəlal küçəsində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin meyiti tapılanda öncə məlumat yayıldı ki, o, ehtiyatsızlıqdan yıxılıb dünyasını dəyişib. Hətta Fikrət Qoca özü də mətbuata belə bir açıqlama vermişdi: “Çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib”.

Amma iki gün sonra Yalçın Qocayevin qətlə yetirilməsi haqda rəsmi məlumat yayıldı və hadisəyə görə üç nəfər – Ruslan Məmmədov, Elnur Nəhmədov və Pərviz Hüseynov həbs olundu. Adıçəkilən şəxslərin məhkəməsi başlayıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ DİN sairin oğlunun öldürüldüyünü deyir

Təqsirləndirilən şəxslər CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Cinayət işinin materiallarında yazılıb ki, Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında Yalçın Qocayev döyülüb, baş nahiyəsindən küt alətlə zərbə vurulub. 1963-cü il təvəllüdlü Qocayev aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisə mübahisə zəminində baş verib.

Təqsirləndirilən şəxslərdən Ruslan Məmmədov məhkəmədə deyib ki, özünü təqsirli bilmir. Digər iki nəfər isə özünü qismən təqsirli sayır.

Buna da bax: Fikrət Qoca: '15 il qabaq bizim xəzinəmizdə heç nə yox idi. İndi inkişaf edirik'

Sabirabad rayon sakini olan Elnur Nəhmədov məhkəmədə ifadə verərkən deyib ki, baş verənlərə görə çox peşmandır.

“Onunla yaxın dost idik. Yalçını öldürmək fikrimiz olmayıb. Olanlardan çox peşmanam”, – Nəhmədov belə deyib.

Məhkəmə oktyabrın 2-də davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG