Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:59

Həbsdəki jurnalistin xanımı Mehriban Əliyevadan kömək istəyir


Fikrət İbişbəylinin (Fərəməzoğlu)
Fikrət İbişbəylinin (Fərəməzoğlu)

Həbsdə olan jurnalist, Jam.az saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməzoğlu) həyat yoldaşı Faiqə Nösrəti ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Dörd və iki yaşlarında olan iki övladı ilə birlikdə qorxu dolu həyat yaşamaqdan bezdiyini deyən xanım Nösrəti vitse-prezidentdən həyat yoldaşının işini nəzarətə götürməyi xahiş edir.

Jurnalistin xanımı yazır ki, həyat yoldaşı Bakıdakı əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə hədəfə çevrilsə də, onu həbs edənlər həm də Fikrətdə gizli videoların olduğunu güman ediblər.

«VİDEOLAR BAŞQA ADAMLARDAN TAPILDI»

«Həbs olunandan sonra həyat yoldaşımın özünə deyiblər ki, Daxili İşlər Nazirliyi ləğv olunmuş MTN-ə aid şantaj videoları axtarır və guya, onların Fikrətdə olduğu güman edildi. Amma axtarılan videolar bir müddət sonra DTX-nın keçirdiyi əməliyyat nəticəsində tamam başqa adamlardan tapıldı. Özünü jurnalist kimi təqdim edən, keçmiş MTN-nin nəzarətində olan bir qrup adam əməliyyat nəticəsində həbs olundu», – həbsdə olan jurnalistin xanımı yazır.

***Buna da bax-Jurnalist hakimə: 'Siz hakimsiniz, yoxsa...'

Həyat yoldaşının həbsindən sonra özünə və övladına qarşı təhdidlərdən bəhs edən F.Nösrəti bildirir ki, onu ölkədən deportasiya etmək (ailə qurana qədər İranın Təbriz şəhərində yaşayıb) istəyiblər, hədə-qorxu xarakterli zənglər gəlib, müxtəlif saytlarda, sosial şəbəkələrdə haqqında şantaj xarakterli, ləyaqətə toxunan materiallar yayılıb. Bütün bunlarla əlaqədar hüquq-mühafizə orqanlarına şikayətləri isə araşdırılmayıb.

***Buna da bax-'Fikrətə, öz uşağının yazdığı cızma-qaraları da vermirlər'

«Sizdən xahiş edirəm, həyat yoldaşımla bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində gedən prosesi nəzarətə götürüb, məhkəmənin obyektiv keçirilməsinə göstəriş verəsiniz. Çünki mən və iki körpəm məchul, qorxu dolu həyat yaşamaqdan usanmışıq», – F.Nösrəti məktubunda M.Əliyevadan kömək istəyir.

XATIRLATMA

Fikrət Fərəməzoğlu 30 iyun 2016-cı ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunur. Ona qarşı CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Sayt rəhbəri müxtəlif restoran, iaşə obyektlərinin sahibindən onlar haqqında rüsvayedici materialların yayılması hədəsi ilə pul almaqda suçlanır.

F.Fərəməzoğlu isə ittihamı rədd edir, restoran, masaj salonu adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə və bununla da yüksəkvəzifəli şəxslərin biznesinə mane olduğuna görə cəzalandırıldığını deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG