Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 10:58

Fidel Kastronun adı küçə və parklara verilməyəcək


Cuba, 2 dekabr 2016

Kubanın prezidenti Raul Kastro vəd edib ki, qardaşının siyasi mirasını qoruyacaq: “Vətəni və sosializmi qoruyacaq”. O, bu barədə Santyaqe-de-Kuba şəhərinin Antonio Maseo meydanında keçirilən mitinqdə bildirib.

Dekabrın 4-də Kuba inqilabının lideri, ölkənin keçmiş rəhbəri Fidel Kastro dəfn ediləcək.

Amma Raul Kastro onu da bəyan edib ki, Fidel Kastronun adı müəssisələrə, küçələrə, parklara, ictimai yerlərə verilməyəcək. Onun sözlərinə görə, inqilabçı bütə çevrilmək istəməyib.

Xəbəri Frans Press yayıb.

Fidel Kastro noyabrın 25-də Havanada 90 yaşında vəfat edib. Noyabrın 26-dan ölkədə 9 günlük matəm elan edilib.

XS
SM
MD
LG