Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 21:43

Prokurorluq Fətullah Gülənə 2 dəfə ömürlük və 1900 il həbs cəzası istəyir


Fethullah Gulen
Fethullah Gulen

Türkiyənin Uşaq rayon İkinci Ağır Cəza Məhkəməsi 15 iyul uğursuz qiyam cəhdində ittiham olunan Fətullah Gülən işi ilə bağlı istintaq çərçivəsində hazırlanan ittiham aktını qəbul edib.

2,527 səhifəlik ittiham aktında Fətullah Gülənə 2 dəfə ömürlük və 1900 il həbs cəzası verilməsi tələb olunur.

Fətullah Gülən zorakı yolla Türkiyənin Konstitusiya quruluşunu dəyişmək və hökuməti devirməyə cəhd göstərmək, silahlı terror təşkilatı yaratmaq və idarə etmək, insanların dini inancından sui-istifadə edərək dələduzluq etmək və terroru maliyyələşdirməkdə günahlandırılır.

Qeyd edək ki, 15 iyul qiyam cəhdində 240-dan çox adam ölüb, 2 mindən çox adamsa xəsarət alıb.

Bundan sonra ölkədə keçirilən reydlərdə 10 mindən çox adam həbs edilib, 70 mindən çox hərbçi, hakim, müəllim və digər dövlət qulluqçusu işdən kənarlaşdırılıb və ya saxlanıb.

Fətullah Gülən hazırda ABŞ-da yaşayır.

Türkiyə hakimiyyəti onun verilməsini istəyir və ABŞ-a müvafiq sənədlər göndərib.

Fətullah Gülən ittihamları rədd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG