Keçid linkləri

Təcili xəbərlər
2023, 04 İyun, bazar, Bakı vaxtı 04:29

Fermerin tarlası yansa ona sığorta ödəyən olacaqmı?


2 sentyabr - Ölkədə və dünyada baş verənlər
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

2 sentyabr - Ölkədə və dünyada baş verənlər

Fermerin tarlası yansa, və ya pambığını sel yuyub aparsa, təsərrüfatına hansısa səbəbdən ziyan dəysə, ona sığorta ödəyən olurmu?

Aqrar sahədə sığortanı təmin etmək üçün avqustun 19-da prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Aqrar Sığorta Fondu yaradılıb.

Bu şirkətin effektiv olacağını düşünənlər də var, hələ də sığorta növünün səmərəli tətbiqi olması üçün yetərincə şəraitin olmadığını deyənlər də.

İmişli fermerləri isə deyirlər ki, sığortaya çoxdan ehtiyacları vardı:

“Şəxsən mənim taxıl sahəm yanmışdı. 30 hektar sahənin 15 hektarı yanıb kül olmuşdu. Gəldilər, kömək etdilər, söndürdülər. Amma mənə heç bir yardım etmədilər. Kənd təsərrüfatının bəzi sahələri var ki, onlar çoxlu pul tələb edir. Üzümlük salmaq, bağ salmaq”.

“Kənd təsərrüfatının sığortası vacib ve yerində verilmiş qərardır. Ancaq bir az gecikib, yenə də onu sürətləndirmək lazımdır ki, camaat bu əkin biçindən səmərəli istifadə etsin. Sığorta şirkətləri də gəlib yerində araşdırsınlar və aktlaşdırsınlar ki, həqiqətən də bu insana bu zərər dəyib. Belə olarsa, camaat da əkinə biçinə inamla yanaşar”.

Əvvəllər də cəhdlər olub

Siğorta mütəxəssisi Xəyal Məmmədxanov bildirir ki, əvvəllər də bir neçə dəfə cəhd olub ki, dövlət aqrar sahə sığortalanmasını təşkil etsin, amma nəticə olmayıb. Onun sözlərinə görə, bu işin təşkili o qədər də asan deyil, çünki sığorta sahəsində xeyli risklər var. Beləki, müxtəlif səbəblərdən məhsul daha tez zay olur, heyvandarlıqda itkilər çoxdur və sair.

Onun sözlərinə görə, indi hökumətin aqrar sığorta sistemini qurarkən diqqət yetirməli olduğu bir sıra məsələlər var:

“Fondun yaradılması məsələsi bir, fondun idarə olunması məsələsi iki. Sahibkarlara hansı güzəştlərin verilməsi məsələsi üç. Qarşıda başqa məsələlər də var: Sahibkarlar boyunlarına düşən sığorta haqlarını hansı qaydada ödəyəcəklər? Sığorta qiymətləri necə formalaşacaq, fermerə yük yaradacaqmı? Kadr məsələləri öz həllini necə tapacaq? Bu, kimləri əhatə edəcək? Sığortalanmayanları nə gözləyir? Bu sualların bir çoxu açıqdır və aydınlaşması üçün bir müddət gözləmək lazım gələcək”.

Xəyal Məmmədxanov bildirir ki, elə etmək lazımdır ki, bu sığorta fermere yük olmasın. Onun sözlərinə görə, Türkiyədə bu növ sığorta növünün yarısını dövlət özü ödəyir.

Mütəxəssis bildirir ki, Azərbaycanda Sovet hökuməti dağılandan, neft dövrü çiçəklənməyə başlayandan sonra kənd təsərrüfatına biganəlik yarandı.

Ona görə də indi bu sahənin nəinki infrastrukturu dağıldı, mütəxəssislər də başqa sahəyə yönəldilər. Xəyal Məmmədxanov deyir ki, indi əsas məsələlərdən biri də bu sahəni qurmaq üçün mütəxəssisləri cəlb etməkdir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Fermerlərin hansı problemləri var?
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Fermərlər özləri problemlər siyahısına bir də sığortanı əlavə edirlər. Sel gəldi, sahələri apardı, kəndli nə etsin?

Dövlətinin planı bu problemi Aqrar Sığorta Fondu vasitəsilə həll etməkdir.

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov da deyir ki, önəmli olan həmin sığorta fondunun şəffaf çalışmasına nəzarət etmək, vəsaitin başqa şəxslərə yox, məhz ünvanına- zərər dəymiş kəndliyə gedib çatmasına nail olmaqdır.

“Nə qədər ki, ölkədə müstəqil məhkəmə sistemi yoxdur, sığorta hadisəsi baş versə də, fermerlər, sahibkarlar sübuta yetirə bilməyəcəklər ki, sığorta hadisəsi baş verib və onlar təsərrüfatlarına dəymiş ziyan üçün sığorta haqlarını ala bilməyəcəklər. Məhkəmə sistemi müstəqil olmadığı üçün onlar haqlı olduqlarını sübuta yetirə bilməyəcəklər”.

Aqrar Sığorta Fondunun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq. Prezidentin sərəncamında deyilir ki, 2020-ci ildə büdcə layihəsindən Fonda 5 milyon manat, 2021-ci ildə isə 3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

XS
SM
MD
LG