Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Keçmiş casus və qızı Fentanil-dən zəhərləndiyi güman olunur...


Zəhərlənən Sergei Skripal və onun qızı Yulia
Zəhərlənən Sergei Skripal və onun qızı Yulia

Casusluğa görə məhkum olunmuş və Britaniyaya təhvil verilmiş keçmiş rus hərbi kəşfiyyatçısı Sergei Skripal hələ də xəstəxanadadır. Skripal və qızı Yuliya martın 5-də Solsberi şəhərinin ticarət mərkəzində zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Onların nədən zəhərləndiyi, hələlik, bəlli deyil. Ancaq yerli mətbuat polisdəki mənbələrə istinadən onların fentanil adlı maddədən zəhərləndiyini bildirir.

RUSİYA HƏLƏ DƏ QAZIN TƏRKİBİNİ AÇIQLAMAYIB

Fentanil güclü təsirə malik narkotikdir. Onu SSRİ-də ilk dəfə sovet elmlər akademiyasının Riqadakı laboratoriyası sintez etməyə başlayıb. Preparatdan xəstənin ayıq qalmalı, lakin ağrını hiss etməməli olduğu açıq beyin əməliyyatlarında istifadə olunurdu.

Buna da bax: Keçmiş casusa hücum ‘dəhşətli və amansız cinayətdir’

Rusiyada fentanil və onun törəmələri narkotik maddələrin siyahısına salınıb və onlara dövlət nəzarət edir. Qəribə təsadüf nəticəsində Sergei Skripalın (Сергей Скрипаль) zəhərləndiyi Solsberi şəhəri yaxınlığında Britaniyanın müdafiə-elmi laboratoriyası yerləşir. Bu laboratoriyada Rusiya xüsusi xidmətlərinin məşhur Nord-Ost hadisəsi zamanı tətbiq olunan qazın tərkibi araşdırılıb.

Salisbury, Britaniya polisi hadisə yerini müayinə edir. 8 mart, 2018
Salisbury, Britaniya polisi hadisə yerini müayinə edir. 8 mart, 2018

O zaman terror aktından sağ çıxmış bir britaniyalının paltarlarında fentanil törəmələrinin izlərini aşkar etmişdilər. Bu maddə terrorçular və girovlar zalda olarkən xüsusi xidmətlərin içəri buraxdığı qazın tərkibində ola bilərdi. Qazdan istifadə nəticəsində 100-dən artıq insan düzgün tibbi yardımın göstərilməməsi nəticəsində həyatını itirib, bir çoxları isə ömürlük əlil qalıb. Rusiya hökuməti bu günədək həmin qazın dəqiq tərkibini açıqlamayıb.

“ORİJİNAL YOLUMUZ YARANMIŞDI”

Sovet fentanilinin yaradıcısı Edvards Lavrinovichs hazırda Latviyada yaşayır. O "Nastoyaşee Vremya"ya bu maddənin xüsusiyyətlərindən, ondan zəhər kimi istifadə edilməsi imkanlarından danışıb:

Buna da bax: “Zəhərli nağıllar” – siyasi motivli zəhərləmələr

"Biz onu neyroleptanalgeziya əməliyyatı üçün hazırlamışıq. Bu əməliyyat zamanı eyni zamanda həm fentanil, həm də hansısa güclü neyroleptik yeridilir. İnsan şüurlu vəziyyətdə qalır, ancaq ağrını hiss etmir. O zaman bu, çox qabaqcıl üsul idi. Fentanil və droperidolu Niderlandda Janssen yaradıb (söhbət Janssen Pharmaceutica şirkətinin yaradıcısı Paul Janssendən gedir, sözügedən maddə isə 1960-cı ildə əldə edilib), SSRİ bu maddəni yetərincə böyük pula idxal etmişdi. Moskvaya verilib, Piterə verilib, Riqada isə uşaqlar deyir ki, "Bizə də lazımdır, bizə çox az verirlər. Bəlkə biz onu burada düzəldək?" Bizim artıq əczaçılıq zavodlarımız var idi, sadəcə, üsulu yaratmaq lazım idi".

Beləliklə, Edvards Lavrinovichs öz preparatını yaradıb. Ancaq ondan hollandların yaratdığı maddəni sintez etməyin yolunu tapmağı xahiş ediblər.

"...Mən baxdım, biz bunu etməyə qadir deyildik. Kimyası mürəkkəb, bizim üçün əlçatmaz xammal - biz sözün əsl mənasında daş kömürdən başlamalı idik. Onda ağlımıza belə bir fikir gəldi: bəlkə daha yüngül, daha sadəsini düzəldək? Düzəltdik. ...Bizim artıq öz orijinal yolumuz yaranmışdı.

Buna da bax: Keçmiş casusun başına gələndə 'Moskvanın əli varsa', Londonun cavabı sərt olacaq

...Preparat yeni buraxılan zaman xəbəri olan adamlar deyirdilər ki, ola bilsin ki, Rusiyanın harasındasa, çar zamanından əsaslana biləcəkləri kimya imkanlarının olduğu yerlərdə, onun analoqlarını hazırlayırlar. Mənim əlimdə heç bir sübut yoxdur, çünki bu, qapalı mövzu idi", – alim deyir.

AĞIZDAN QƏBUL EDİLDİKDƏ TƏSİR ETMİR

Edvards Lavrinovichs-un sözlərinə görə, bu maddəni içib udmaqla insana heç nə olmur. "Çünki o, ağızdan daxilə qəbul edildikdə təsir etmir. Onu ya qana yeritmək, ya da indi bir çox preparatla etdikləri kimi, narın toz halında ağ ciyərlərə çəkmək lazımdır", – o deyir.

Alimin sözlərinə görə, həmin maddənin dozası artıq veriləndə insanın nəfəsi dayana bilər. O deyir ki, fentanilləri hər yerdə, ABŞ-da, bəlkə hətta qanunsuz yolla Meksikada da istehsal edirlər. Onu hətta ucuz sintetik narkotik kimi Çində düzəldərək ona ABŞ istehsalı olan fentanil görkəmi verirlər. Artıq bu maddəni dünyanın hər yerində sintez etmək mümkündür.

"Bu işdən başı çıxan adamlar ehtimal edirlər ki, Nord-Ost zamanı daha uçucu olan ...flüor törəməsindən istifadə edilib. Ancaq bəzi analoqlar fentanildən və hətta morfindən bəlkə də on min dəfələrlə güclü olduğuna görə, hər şey ola bilər. Ancaq onların hər birinin dozası aşıldıqda nəfəs dayanır, başqa variant yoxdur. Morfin, heroin və digər maddələrdə olduğu kimi", – preparatın yaradıcısı deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG