Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 19:03

Bakıda fəallar məhkəməyə etiraz ediblər


Eriraz aksiyası
Eriraz aksiyası

Yazıçı Zümrüd Yağmurun qızının məhkəmə prosesinin gedişatından narazı qalan fəallar bu gün, avqustun 24-də şəhərin mərkəzində etiraz aksiyası keçiriblər

Yazıçı Zümrüd Yağmurun qızının məhkəmə prosesinin gedişatından narazı qalan fəallar bu gün, avqustun 24-də şəhərin mərkəzində etiraz aksiyası keçiriblər. Onlar məhkəmənin təxirə salınmasından şikayətləniblər.

Fəallar artıq 6 həftədir məhkəmə qərarının çıxılmamasından narazı olduqlarını bildiriblər və bunun hakimiyyətin qərarı olduğunu deyiblər.

Aksiya iştirakçıları "İlham Əliyev təcavüzkarı qoruma", "Məhkəmə ədalətli hökm ver" şüarları səsləndiriblər.

Polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdıraraq Bakı Ağır Cinayətlər Məhkəməsinə qədər müşaiyət edib.

Aksiya zamanı saxlanan olmayıb.

Aksiyada səslənən fikirlərə, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl olanlar

Yazıçı Zümrüd Yağmur da bundan bir neçə həftə öncə, avqustun 1-də Bakıda prezident Administrasiyasının qarşısında "Təcavüzkarı Qoruma!" şüarı ilə aksiya keçirmişdi.

O, iki il əvvəl azyaşlı qızının zorlanmasında ittiham olunan şəxs barəsində məhkəmə qərarının olmamasına etiraz edirdi.

Yağmur iddia edirdi ki, qərar verməməklə siyasi hakimiyyət qızı vasitəsilə ondan qisas alır.

İctimai fəal S-ya qarşı cinsi təcavüz ittihamı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində yarım ildir davam edən məhkəmə araşdırmalarının bu yaxınlarda yekunlaşacağı gözlənirdi.

Ötən ay, iyulun 13-də məhkəmədə prokuror təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Prokuror bildirib ki, cinayət məcəlləsinin 149.2.3 (zorlama - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə irəli sürülən ittiham məhkəmə istintaqında sübuta yetirilib.

Amma işdə zərərçəkən kimi tanınan şəxsin anası və məhkəmədə onun nümayəndəsi qismində iştirak edən müxalif mövqeli yazar Zümrüd Yağmur isə prokurorun tələb etdiyi cəzadan narazı qalıb. O, hesab edir ki, dövlət ittihamçısı yüngül cəza istəyib.

Təqsirləndirilən şəxs isə ümumiyyətlə, özünü təqsirli bilmir, ona qarşı ittihamın şər-böhtan olduğunu deyir.

Bu cinayət işində təqsirləndirilən və zərərçəkmiş iki bacının övladlarıdır.

Təqsirləndirilən şəxsin anası da öz növbəsində oğlunun günahsız olduğunu, bacısı və onun övladı tərəfindən məqsədli şəkildə böhtana məruz qaldığını iddia edir.

Xatırlatma

Cinayət işinin materiallarına əsasən, S. 2020-ci ilin avqustunda cinsi təcavüzə məruz qalıb.Bu iş bir ilə yaxın Yasamal Rayon Prokurorluğunda araşdırılıb, lakin hazırda təqsirləndirilən şəxs haqqında cinayət işi başlanması rədd edilib.

Daha sonra Zümrüd Yağmur mətbuat konfransı keçirərək məsələni ictimailəşdirib. Bundan sonra onun barəsində cinayət işi başlanıb, o, həbs edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG