Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:32

Deputat: ‘Necə olur ki, mənasız işlərə pul tapılır, amma…’


Fazil Mustafa
Fazil Mustafa

“Son zamanlar bazarlarda kənd təsərrüfatı məhsullarının bahalaşmasının müxtəlif səbəbləri ola bilər”

Bunu deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, burada inhisarçlığın rolu istisna olunmamalıdır.

Fazil Mustafaya görə, daha bir səbəb isə ixracın artması ola bilər:

“Amma istənilən halda belə məsələləri müstəqil ekspertlər şərh etməlidir və səbəblərə aydınlıq gətirilməlidir”.

Deputat hesab edir ki, qiymətlər artanda daha çox sıxıntını vətəndaş yaşayır.

“Şəhriyar kimi insanlar milli brenddir”

Fazil Mustafa ölkə mediasında gündəm olan, şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, qrossmeyster Şəhriyar Məmmədyarovun sponsor tapa bilməməsi barədə açıqlamasına (hərçənd Şəhriyar Məmmədov son açıqlamasında problemin yoluna qoyulduğunu bildirib) da münasibət bildirib.

“Mən inanmıram ki, dünya ilə bir hörməti olan şahmatçı yalan danışsın. Birdən birə nə oldu ki, belə top idmançı yalan desin, bu mümkün deyil”, deyə deputat vurğulayıb.

Fazil Mustafa daha sonra əlavə edib:

“Şəhriyar kimi şəxslər millətin brendidir. Necə olur ki, mənasız işlərə pul tapılır, amma belə bir idmançı üçün pul tapılmır”.

Fazil Mustafanın deməsinə görə, bir fənn üzrə olimpiada qalibi nazirliklərin birindən kömək istəyib. Amma ona “pul tapılmayıb”.

Deputat hesab edir ki, belə məsələlərdə astagəllik nəticəsində uduzan millət olur:

“Çünki, dünya miqyasına çıxan insan artıq özünü yox, milləti, dövləti təmsil edir...”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG