Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:06

Deputat: 'Dövlətin maaşları artırmaq imkanları geniş deyil'


Fazil Mustafa
Fazil Mustafa

«Vətəndaşların maaşlarını artırmaq üçün dövlətin imkanları o qədər də geniş deyil. Hesab edirəm ki, ölkədə vətəndaşların yaxşı qazanc əldə etmələri bazar iqtisadiyyatı çərçivəsində ədalətli rəqabət mühitinin yaranmasından keçir».

Bunu deputat Fazil Mustafa deyib.

Ölkədə bəzi ekspertlər deyir ki, son illər qiymətlər kəskin artsa da, əhalinin maaş və pensiyalarında bu özünü göstərmir.

F.Mustafanın fikrincə isə, indiki halda hətta vətəndaş ayda 500 manat yox, 1000 manat qazansa belə, bu onun aylıq tələbatını tam ödəməyəcək: «Ailədir, uşaq, təhsil, məktəb, tibb xərcləri var, müxtəlif ödənişlər etməlidir. Qanuni olan və olmayan, gözə görünməyən xərclər vardır. Odur ki, «dövlət maaşı artıracaq, vətəndaş da problemlərini həll edəcək» yanaşması düzgün deyil. Bunun yolu özəl sektorun inkişafından, bazar iqtisadiyyatından və rəqabətdən keçir».

'Formula -1': Biletin qiyməti orta aylıq maaş qədərdir
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

«VƏTƏNDAŞIN SEÇİM İMKANI OLMALIDIR»

F.Mustafa deyir ki, idarəetmədə məmur aparatı çox «şişib». Belə davam edərsə, dövlət hesabına maaşları artırmaq mümkün olmayacaq. Deputatın fikrincə, ixtisarlar olmalıdır, amma ixtisara düşən insanlar başqa yerdə işlə təmin edilməlidirlər.

F.Mustafa hesab edir ki, vətəndaşa azad bazar iqtisadiyyatına uyğun olaraq, kreditlərə çıxış imkanı tanınmalıdır: «Vətəndaşın seçim imkanı olmalıdır. Daha «Banklar haqqında» Qanunda Maliyyə Bazarlarına Nəzarət Palatasına istədiyi bankı bağlamaq hüququ verilməməlidir. Belə hallar, əslində, vətəndaşın seçim hüququnun əlindən alınması deməkdir».

F.Mustafa vurğulayır ki, əsas məsələ özəl sektorun inkişaf etməsidir. Onun fikrincə, özəl sektor inkişaf edə bilsə, bu zaman vətəndaşlar maaşlarını yüksəltməkdən çox, azad rəqabət mühiti nəticəsində daha çox qazanmaq yollarını arayacaq: «Özəl sektorun normal inkişafı, ədalətli rəqabətin təsbit olunması isə inhisarın, korrupsiyanın aradan qaldırılmasından keçir. Bu, ölkənin iqtisadi inkişafının, vətəndaşların varlanmasının düyün nöqtəsidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG