Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:45

“Ölkədə sahibkarlıq, özəl sahə inkişaf etmədən işsizlik problemi aradan qalxmayacaq”.

Bunu Azadlıq Radiosuna deputat Fazil Mustafa deyib.

Deputat hesab edir ki, özəl sahənin inkişaf etməməsinin səbəblərindən biri sahibkarlara təzyiqlərlə bağlıdır:

“ “Bu qədər verməlisən, yoxdur, işləmə” baxışı var burada. Dünyanın heç bir yerində vergi orqanı bu sözü sahibkara demir. Hər sahibkar yanında 10 nəfərdən 100 nəfərə qədər adam çalışdıra bilsə, işsizlik aradan qalxar”.

F. Mustafa deyir ki, devalvasiyalardan sonra özəl sahədə inkişaf xeyli zəifləyib.

Deputatın fikrincə, bir tərəfdən kreditlərin verilməməsi, digər tərəfdən nağdlaşdırmada limit özəl sahənin inkişafında əlavə problemlər yaradır.

“Elə məsələlər var ki, onu xalqın rəyinə buraxmaq olmaz ”

“Elə məsələlər var ki, onu xalqın rəyinə buraxmaq olmaz. Siqaretlə mübarizə də belə məsələlərdən biridir ”.

illüstrasiya

illüstrasiya

Deputat Fazil Mustafa bunu isə dünən, aprelin 14-də parlamentə birinci oxunuşda qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı deyib.

Deputat hesab edir ki, bu məsələ inzibati üsullar tətbiq edilmədən həllini tapmayacaq. Bunun bir yolu da yüksək cərimələrdən keçir:

“Biz nə qədər desən izah edə bilərik ki, bunu etmə ziyandır, xəstəliklər tapa bilərsən, bununla məsələ həll olunmur. Bu məsələ bir az xəstə-həkim münasibətlərinə bənzəyir. Xəstə istəməsə belə həkim bilir ki, müalicə lazımdır və müalicəni aparır. İndi də qapalı, ictimai yerlərdə siqaretdən istifadə yasaqlanır. Burada qanuni cərimələr nəzərdə tutulur ”

Ancaq, deputat həm də bu məsələnin əlavə problemlərə yol aça bilməsindən narahatdır:

“Azərbaycan şəraitində buna əməl olunması bir az zor görünür. Hansısa məmur pulunu alaraq özünü görməzliyə vuracaq. Ona görə də bütünlükdə xalq özü öz sağlamlığına biganə, laqeyd qalmamalıdır”.

Buna da bax: 'İslahatlar repressiv üsulla aparılacaqsa, vay bu ölkənin halına'

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG