Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Faiq Əmirliyə 3 il 3 ay cəza verildi


Faiq Əmirli
Faiq Əmirli

«Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirli 3 il 3 ay azadlıqdan məhrum edildi. İyulun 24-də Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyeva bu haqda hökm çıxarıb.

Hökmdən əvvəl F.Əmirlinin vəkilləri Aqil LayıcovFəxrəddin Mehdiyev müdafiə çıxışı ediblər. Onlar F.Əmirliyə qarşı həm Fethullah Gülen-in (Ankara ABŞ-da yaşayan Gülen-i ötən ilin iyulundakı uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen bunu danır) təbliği, həm də «Azadlıq» qəzetiylə bağlı 39 min manatlıq vergidən yayınma ittihamının absurd olduğunu bildiriblər.

«İTTİHAMLAR DARMADAĞIN OLDU»

A.Layıcov xatırladıb ki, Avropa Məhkəməsi F.Əmirlinin həbsindən verilmiş şikayətə prioritet qaydada baxır. Vəkilin sözlərinə görə, artıq kommunikasiya mərhələsi başa çatıb, yaxın vaxtlarda qərarın elan olunacağı gözlənilir.

***Buna da bax-'Azadlıq'ın yayım direktoruna 4 il 6 ay həbs istənildi

«Bu cinayət işi qanunsuzluğun parlaq nümunəsidir. Faiq Əmirlinin əməlində cinayət tərkibi yoxdur. Məhkəmədə ittihamlar darmadağın oldu», – F.Mehdiyev bildirib.

Vəkilin sözlərinə görə, bir ildir heç bir günahı olmadan həbsdə saxlanılan F.Əmirlinin səhhətində ciddi problemlər var.

F.Əmirlinin son sözü isə qısa olub. Günahsız olduğunu deyib və onu müdafiə edən hər kəsə, o cümlədən vəkillərinə minnətdarlığını çatdırıb.

Təxminən on dəqiqəlik müşavirədən sonra hakim hökmü elan edib.

***Buna da bax-Faiq Əmirlinin məhkəməsində 2 manatlıq elan söhbəti

Vəkillər AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ittihamlar irəli sürülüb.

F.Əmirliyə verilən bəzi ittihamlar məhkəməöncəsi geri götürülüb. O, CM-in 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib.

AXCP partiya sədrinin köməkçisi olan F.Əmirlinin həbsini siyasi sifariş sayır.

F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb və qəzetin bəzi əməkdaşları prokurorluğa çağırılaraq ifadə veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG