Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:28

Faiq Əmirli işi: Şahidlərin yarısı məhkəməyə gəlmir


Faiq Əmirli
Faiq Əmirli

«Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə dindirilmiş şahidlərin təxminən yarısı məhkəməyə gəlməkdən imtina edib. Məhkəmənin məcburi gətirilmə qərarı da nəticəsiz qalıb.

İyulun 17-də vəkil Fəxrəddin Mehdiyev Səbail Rayon Məhkəməsində belə istidə tez-tez Kürdəxanı təcridxanasından gəlib-getməyin Faiq Əmirlinin səhhətinə pis təsir göstərdiyini deyib. Buna əsaslanan vəkil məhkəmənin qısa müddətdə yekunlaşmasını məqsədəuyğun saydıqlarını vurğulayıb:

***Buna da bax-Vəkil şahidə: 'Faiq Əmirlinin maşını nə rəngdədir?'

«Biz bütün şahidlərin dindirilməsində maraqlıyıq. Çünki burada dindirilən şahidlərin hamısı istintaqdakı ifadələrindən tam fərqli danışdılar. Amma məhkəmə şahidləri gətirə bilmir və bu üzdən proses uzanır. Faiq Əmirlinin səhhətində onsuz da ciddi problemlər var. Belə istidə dustaq maşınında uzaq yolu gəlib-getmək bir qədər də mənfi təsir edir. Ona görə də gəlməyən şahidlərin ifadələrinin elanı ilə kifayətlənmək olar».

Faiq Əmirli də vəkiliylə razılaşıb və məhkəməyə gəlib-getməyin ona çətinlik yaratdığını söyləyib.

Fəxrəddin Mehdiyev, bununla bərabər, Faiq Əmirlinin maşınına baxışa qatılmış hal şahidlərinin – Samirə Məmmədova və Təzəxan Mirələmlinin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Cinayət işinin materiallarında iddia olunur ki, həmin baxış nəticəsində avtomobildən Fethullah Gülen-in təbliğinə dair kitab və disklər tapılıb.

***Buna da bax-Faiq Əmirlinin məhkəməsində 2 manatlıq elan söhbəti

Vəkilin sözlərinə görə, istintaq zamanı hal şahidləri dindirilməyib:

«Halbuki, onlar avtomobilin açarının Faiq Əmirlidən necə alınmasından tutmuş, həmin əşyaları ora kimlərin və necə qoymasınadək bir çox məsələləri danışa bilərdilər».

Vəsatət təmin olunmayıb.

Faiq Əmirlinin məhkəməsi iyulun 19-da davam edəcək.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsdetmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ittihamlar irəli sürülüb.

F.Əmirliyə verilən bəzi ittihamlar məhkəməsiöncəsi geri götürülüb. O, indi CM-in 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilədək həbs cəzası verilə bilər.

AXCP partiya sədrinin köməkçisi olan F.Əmirlinin həbsini siyasi sifariş sayır.

F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb və qəzetin bəzi əməkdaşları prokurorluğa çağırılaraq ifadə veriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG