Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 11:00

Faiq Əmirlinin həbs müddəti 2 ay uzadıldı


Faiq Əmirli

Nəsimi Rayon Məhkəməsi yanvarın 6-da “Azadlıq” qəzetinin keçmiş maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin həbs müddətini uzadıb.

Bu haqda onun vəkili Aqil Layicov məlumat verib.

İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baxılıb. Məhkəmə F. Əmirli barəsində həbs qətimkan tədbirinin və istintaqmüddətinin uzadılmasına dair prokurorluğun vəsatətini təmin edib.

Qərara əsasən, F.Əmirlinin həbs müddəti 2017-ci ilin mart ayının 12-dək uzadılıb.

Vəkil qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verəcəklərini bildirib.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [Video]

Xatırlatma

Faiq Əmirlinin maşınında axtarış aparılır, 20 avqust 2016
Faiq Əmirlinin maşınında axtarış aparılır, 20 avqust 2016

F. Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.Daha sonra da onun həbsi 2 ay uzadılmışdı.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır. Fetullah Gülen-in özü də çevrilişi himayə etməsi ilə bağlı deyilənləri yalanlayıb.

Hazırda AXCP-nin 10-dan çox fəalı həbsdədir. Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

XS
SM
MD
LG