Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Faciə yaşamış insanlara necə dəstək olmalı. Psixoloq məsləhətləri


«Zimnyaya vişnya» ticarət mərkəzində yanğın zamanı 64 nəfər həlak olub.
«Zimnyaya vişnya» ticarət mərkəzində yanğın zamanı 64 nəfər həlak olub.

Martın 27-də bütün Rusiya ərazisində və dünyanın müxtəlif şəhərlərində Sibirdəki «Zimnyaya vişnya» ticarət mərkəzində dəhşətli yanğının qurbanları ilə həmrəylik aksiyaları keçirildi. Rəsmi məlumatlara görə, faciədə 64 nəfər həlak olub.

Müxtəlif şəhərlərdə aksiyalara toplaşan insanlar Rusiya hökumətindən gözlədikləri reaksiyanı ala bilmədilər. Ümummilli matəm gec elan olundu, faciənin baş verdiyi Kemerovo vilayətinin rəhbəri Aman Tuleev və ölkə prezidenti Vladimir Putin sonadək administrasiya qarşısına toplaşmış insanların qarşısına çıxmadılar. Psixoloq Ekaterina Sukhareva «Nastoyaşeye Vremya»ya buna bənzər faciələrdən sonra dövlətlərin birinci şəxslərinin özlərini necə aparmalı olduğu, belə ağır faciə yaşamış insanlara necə yanaşılmalı olduğu haqda danışıb.

«İnsan günahkarlar tapmaq istəyir»

Psixoloq hesab edir ki, Rusiyada koqnitiv yox, emosional zəkayla bağlı məsələlər birmənalı təqdim olunmayıb.

«Yəni insanlar çox vaxt özlərini itirir və başqalarının emosiyalarına, xüsusən də hisslərinə necə reaksiya verəcəklərini bilmirlər. Bu, təkcə hər kəsin ciddi qərarlar və bəyanatlar gözlədiyi hökumətə aid deyil, adi insanlar və jurnalistlərə, peşəkar fəaliyyəti səbəbindən bu faciədə iştirak edənlərə, bu faciəni yaşayanların yanında olmağa məcbur olanlara da aiddir. Buna görə də ölkəmizdə başsağlığı vermək, fövqəladə halların qurbanları ilə mümkün qədər düzgün davranış məsələlərini ...öyrətmirlər», – mütəxəssis deyir.

Psixoloq belə davranışın səbəblərinə də toxunub. Onun sözlərinə görə, travma verən hadisələr insanlarda böyük çarəsizlik və qorxu hissləri yaradır. Belə nəzarət edilə bilməyən, fövqəladə hadisələr çox zaman insanların gələcəyə inamını, gələcəyə təsir imkanlarını, yəni mövcudluqlarının anlamını sarsıdır.

«Bu səbəbdən, əlbəttə, insanların çoxu bu cür narahatlıqlardan qaçacaq, onların hadisələrə reaksiyasında günahkar axtarmaq, baş verənlərə nəzarət və təsir etmək cəhdləri müşahidə olunacaq. Bu, bir növ qurban konsepsiyası ilə bağlıdır – günahkar özünsən, qurbanın özü günahkardır, hökumət günahkardır, uşaqları nəzarətsiz buraxmış valideynlər və müəllimlər günahkardır. Yəni insan özünü bunun onun başına gəlməyəcəyinə inandırmaq üçün günahkarlar tapmaq istəyir. Yayınma reaksiyaları insanların sadəcə, sinik və emosional baxımdan hissiyyatsız olmasına yol açır», – Ekaterina Sukhareva deyir.

«Toxunuşla dəstəyinizi göstərin»

«Unutmamalıyıq ki, ilk vaxtlar insanlar kəskin dərd və narahatlıq mərhələsində deyil, şok mərhələsində olurlar. Ona görə burada, sadəcə, onların yanında olduğunuzu göstərmək vacibdir. Məsələ burasındadır ki, əksər insanlar belə psixoloji sarsıntıların ağırlığını tək daşıya bilmirlər və kiminsə onların yanında olması lazımdır. Bəlkə ətrafdakı insanlar bir-birini əvəzləyə bilərlər, çünki adamların imkanları da sərhədsiz deyil...

İmkan daxilində belə insanların bütün məişət məsələlərini həll etmək lazımdır – sənədlərlə bağlı, maliyyə yardımı və s. Bu, insanın hazırda onun üçün ən optimal vəziyyətdə ola bilməsi üçün lazımdır. Əgər o, danışmaq istəyirsə, qoyun danışsın. Qışqırmaq və ya ağlamaq istəyirsə, qoyun qışqırsın, ağlasın.

Çox zaman sadəcə, yaxınlaşıb nəsə lazım olub-olmadığını soruşmağı tövsiyə edirlər. Təkid etməmək, sadəcə, toxunuşla dəstəyinizi göstərmək... Toxunuş səviyyəsi bizim ilk uşaqlıq reflekslərimizin səviyyəsidir.

Əlbəttə, taktikalı olmaq və bu narahatlığı ürək-dirək verməklə, fəlsəfi fikirlər və ya insanın diqqətini yayındırmaqla aradan qaldırmağa çalışmamaq üçün diqqət etmək lazımdır. Çünki bu mümkün deyil və həmin insan bunu yalnız uzaqlaşma, dərdinin anlanmaması, sinizm, dərdlərinin dəyərsizləşdirilməsi kimi qəbul edəcək. Sadəcə, psixoloji imkanlar daxilində onun yanında olmaq lazımdır», – deyə psixoloq tövsiyə edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG