Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:05

İndi Facebook-da lap onu yaradanı da bloklamaq olar


Facebook şirkətinin təsisçisi və sahibi Mark Zuckerberg
Facebook şirkətinin təsisçisi və sahibi Mark Zuckerberg

Independent yazır ki, indiyədək Facebook-da onun yaradıcısını bloklamaq cəhdləri boşa çıxırdı.

Bunu etmək istəyənlər belə bir mesajla qarşılaşırdılar: “Bloklama alınmadı. Üzr istəyirik, Mark Zuckerberg-in bloklanması ilə bağlı problem yarandı. Zəhmət olmasa bir daha cəhd edin” (Block Error. Sorry, there was a problem blocking Mark Zuckerberg. Please try again).

İndi isə sosial media bu çoxdanqalma problemi həll edib.

Bundan sonra cənab Zuckerberg-in səhifəsinə baş çəkənlərin Block düyməsini sıxması kifayət edəcək. Bu zaman yalnız belə bir mesaj çıxacaq: “Siz Mark Zuckerberg-i bloklamaq istədiyinizə əminsinizmi?”(Are you sure you want to block Mark Zuckerberg?).

Elə ki, Yes düyməsini basdınız daha bir mesaj yaranacaq: “Mark Zuckerberg bundan sonra aşağıdakıları edə bilməyəcək:

Sizin səhifənizdəki postları görmək

Sizi tag etmək

Sizi qruplara və tədbirlərə dəvət etmək

Sizinlə söhbət etmək

Sizi dost kimi əlavə etmək.

Əgər siz dostsunuzsa, onu bloklamağınız Mark Zuckerberg-i avtomatik olaraq sizin dostluğunuzdan çıxaracaq”.

Amma bütün bunlar həm də sizin Zuckerberg-dən yenilənmələr barədə məlumat almağınızı məhdudlaşdıracaq. Yalnız məhdudlaşdıracaq…

Başqa sözlərlə indi Facebook-u yaradan şəxslə də başqa dostlarla olduğu kimi hərəkət etmək mümkündür.

Qəzet yazır ki, istifadəçilərin Mark Zuckerberg-i bloklamaq imkanının yaranmasından ilk dəfə The Next Web saytının redaktoru Matt Navarra xəbər tutub.

İstifadəçilər uzun illərdən bəri idi ki, Mark Zuckerberg-i bloklamağın mümkün olmamasına təəcüblənir və bəzən də hirslənirdilər. Facebook isə bir qayda olaraq israr edirdi ki, şirkətin sahibi heç bir xüsusi imtiyaza malik deyildir.

Facebook izah edirdi ki, çox sayda istifadəçi kimisə eyni vaxtda bloklamaq istəyəndə “error” mesajı göndərilir.

Şirkətin sözçüsü hələ bu ilin əvvəllərində istifadəçiləri inandırmağa çalışırdı ki, Mark Zuckerberg heç bir xüsusi güzəştə malik deyil.

Sözçü bunu da bildirirdi ki, müxtəlif vaxtlarda istifadəçilər ədalətsiz olaraq kimisə kütləvi şəkildə bloklamaq kampaniyası keçirəndə, sözü gedən “error” texnikası həmin istifadəçini müdafiə edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG