Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Facebook məlumatlarınızı necə qoruyur


Facebook
Facebook

Facebook-un sizin haqqınızda hansı məlumatları topladığını öyrənməkdən ötrü sadəcə ondan bu məlumatı istəyə bilərsiniz. Facebook sizə bu məlumatın toplandığı fayl göndərəcək. Bu faylın içində bu platformada olduğunuz illər ərzində paylaşdığınız bütün foto və şərhlər, tıqladığınız və axtardığınız reklamlar, dost siyahınıza qəbul etdiyiniz və dostluqdan çıxardığınız adamlar haqda məlumat toplanıb.

Hazırda şirkət Android cihazlarından yararlanan insanların telefon zəngləri və mesajları haqda data toplamaqda suçlanır. Facebook istifadəçilər haqda belə bir datanın toplanmasına məxsusi olaraq icazə verdiyini desə də, bəzi istifadəçilər buna təəccüblənirlər.

Gizlilik qaydaları

Facebook-un data xəzinəsi sizə məhz hansı reklamları göstərmək haqda qərar verməyə kömək edir. O, həm də Facebook-dan istifadəni daha rahat və ləzzətli edir. Onun sayəsində Facebook xəbər lentinizə məhz hansı postları çıxaracağını bilir və sizə dostlarınızın ad günlərini xatırladır.

***Buna da bax-Reuters: Zuckerberg Konqresdə ifadə verəcək

Facebook bu məlumatı qoruduğunu iddia edir və öz şərtlərini nisbətən aydın və yığcam tərtib olunmuş gizlilik qaydalarında ifadə edir. Ancaq siz Facebook-un gizlilik qaydalarında nəyə icazə verildiyini və nəyin deyilmədiyini görsəniz, təəccüblənəcəksiniz.

Facebook-un gizlilik siyasəti Trump-la bağlı «Cambridge Analytica» konsaltinq şirkətinin milyonlarla istifadəçinin məlumatından sui-istifadə etməsindən sonra tənqid atəşinə tuş gəlib. Bundan öncə də reklamçıların istifadəçilərin məlumatlarını toplaması ətrafında mübahisələr olsa da, bu dəfə məsələnin daha ciddi olduğu istisna deyil. Belə ki, şirkətin insanların siyasi və ictimai məsələlərlə bağlı necə səs verəcəyinə təsir etmək üçün onların psixoloji profillərini yaratdığı iddia olunur.

Sosial şəbəkədə hansı məlumatla maraqlanırsız?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Bu illər ərzində vaxtaşırı baş qaldırmış qalmaqallar, habelə istifadəçilər və tənzimləyicilərin təzyiqi sayəsində Facebook istifadəçilərə məlumatlarından necə istifadə olunacağına nəzarət etmək imkanı verib, ancaq müəyyən nöqtəyə qədər.

Yazdığınızı pozsanız belə...

Siz ünvanlı reklam funksiyasını söndürərək, sadəcə, ümumi reklamları görə bilərsiniz. Reklam settinqlərində qeyd etdiyiniz bütün maraqları, şirkətlər və saytlarla əlaqənizi silməlisiniz. Bunlar reklamın ünvanlanmasında istifadə olunan şəxsi məlumatlardır. Əlbəttə, siz bundan sonra yeni bir marağı klikləsəniz, yenidən geri qayıdıb reklam bölməsində onu silməlisiniz. Bir az yorucudur.

***Buna da bax-Amerikalılar Facebook-a daha az inanırlar

Facebook sizi fəaliyyətinizə görə hədəf kateqoriyalarına ayırır. Məsələn, 35 yaşınız varsa, Sietldə yaşayırsınızsa, özünüz də açıq havada macəra səhifəsini bəyənmisinizsə, Facebook sizə yaxınlığınızdakı dağ velosipedi dükanının reklamını göstərəcək.

Ancaq bu fəaliyyət, sadəcə, bəyəndiyiniz səhifə və postlar, paylaşdığınız şərhlər, kənar istifadə etdiyiniz app-lər və səhifələrlə bağlı deyil.

«Bir şeyi yazmağa başlayırsınızsa, sonradan fikrinizi dəyişib onu pozsanız belə, Facebook bu məlumatı da saxlayır», – tanınmış texnososioloq Zeynep Tüfekçi 2017-ci ildə etdiyi TED çıxışında deyir.

Facebook-u 'vaxt itkisi' sayan prezidentliyə namizədlər
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Offlayn məlumatlar da toplanır

Üstəlik, Facebook sizin offlayn məlumatlarınızı da toplamaqla haqqınızda biliklərini get-gedə daha da təkmilləşdirir. O bu məlumatları data brokerlərindən satın alır və başqa yollarla əldə edir. Onun əlində haqqınızda nə qədər çox məlumat olsa, reklamçılara daha dolğun profilinizi sata biləcək. Tüfekçi deyir ki, Facebook sizin haqqınızda elə nəticələr çıxara bilər ki, heç o məlumatı paylaşmaq niyyətində olmamısınız.

Bu növ data toplama heç də həmişə şəxsi məlumatlara dair qaydalarda və settinqlərdə əks olunmur.

***Buna da bax-Elon Musk öz şirkətlərinin Facebook hesablarını sildi

Ancaq Facebook istifadəçilərə reklamçı müştərilərinə adi «xam» datanı satmadığını açıq bildirir. Reklamçılar Facebook-a reklamlarının məhz nə cür insanlara ünvanlanmasını istədiklərini deyirlər, Facebook da uyğunlaşdırma apararaq reklamları ona uyğun göstərir.

App-lər də sizin haqqınızda çoxlu data toplaya bilər. Bu, «Cambridge Analytica» qalmaqalından da aydın görünür. «Cambridge Analytica» şirkəti istifadə etdiyi datanı bir tədqiqat şirkətindən alıb. Bu şirkət hələ 2014-cü ildə psixoloji profil testi ilə 270 min Facebook istifadəçisi haqda məlumat toplayıb. Ancaq bu test təkcə istifadəçilərin özləri yox, onların dostları haqda da məlumat toplayıb. Beləliklə, təsirə məruz qalan insanların sayı 50 milyona çatıb.

Facebook deyir ki, «Cambridge Analytica» datadan sui-istifadə edib. Çünki həmin app məlumatı siyasi profaylinq yox, tədqiqat məqsədilə topladığını bildiribmiş. O zaman dostların özləri həmin app-i yükləməsə belə, Facebook onların haqqında məlumat toplamağa icazə verirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG