Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:01

Facebook və Instagram-dan iki mühüm bəyanat


CNN xəbər verir ki, xeyli əvvəl Mark Zuckerberg Facebook istifadəçilərinə onların öz fəaliyyət tarixçələrini silməsinə imkan verəcək alət vəd etmişdi.

İndi belə bir alət təqdim olunub, lakin bu xəbər istifadəçiləri o qədər də qane etməyəcək, çünki onlar keçmiş məlumatı tamamilə silə bilməyəcklər.

Şirkət avqutstun 21-də yaydığı bəyanatda bildirir ki, istifadəçilər sadəcə olaraq hər hansı informasiyanı özlərindən “ayıra” bilmək seçimi əldə edəcəklər.

Nəticədə Facebook istifadəçilərin hansı saytlara girdiyini və orada nə etdiyini bilməyəcək, amma bu informasiya Facebook-un serverlərində qalmaqda davam edəcək.

Facebook “Tarixçəni sil” (Clear History) alətini tətbiq edəcəyini hələ 2018-ci ilin mayında vəd etmişdi.

O vaxt istifadəçilər xüsusilə də Cambridge Analytica şirkəti ilə bağlı qalmaqaldan narahat olmuşdular. Bu şirkət milyonlarla istifadəçinin məlumatlarından onların xəbəri olmadan siyasi kampaniyada istifadə etmişdi.

Facebook bunu da bildirir ki, onun tətbiq etdiyi yeni seçim heç də bütün istifadəçilərin ixtiyarına dərhal verilməyəcək. Alətdən əvvəlcə Cənubi Koreya və İspaniyada istifadə edə biləcəklər.

Bu alət bütün dünya boyunca yalnız “qarşıdan gələn aylarda” işləyəcək.

Facebook bildirir ki, onun biznesi bu yeni alətə görə müəyyən ziyan görəcək, lakin istifadəçilərin şəxsi sirlərinin qorunması daha önəmlidir. Facebook hazırda şəxsi məlumatlardan reklamları yaymaq üçün istifadə edir.

Məsələn əgər kimsə hansı saytda isə dodaq boyası ilə maraqlanıbsa, onda Facebook səhifəsində bu məhsulun reklamlarını görür.

Facebook bunu da bildirir ki, indi bu sistemin işləməsi istifadəçilərin alətdən necə faydalanmalarından asılı olacaq.

Əgər istifadəçi öz səhifəsində bu reklamları görmək istəmirsə, sözü gedən aləti ayrıca işə salmalı olacaq.

Instagram “işverənlik” etməyəcək

Facebook-un nəzdində olan başqa bir platforma – Instagram avqustun 21-də təkziblə çıxış edib.

Ianstagram-ın rəhbəri Adam Mosseri deyib ki, bu platformada istifadəçilərin fotolarından onlara qarşı istifadə olunmayacaq.

Mosseri yazır ki, istifadəçilər Instagram-ın öz qaydalarını dəyişdirəcəyi barədə memeyə inanmasınlar.

Avqustun 21-də postlanmış bu saxta memedə bildirilirdi ki, Instagram keçmiş mesajlardan və şəxsi fotolardan məhkəmələrdə istifadəçilərə qarşı ittiham irəli sürülməsinə imkan yaradacaq.

CNN yazır ki, bu saxta memeyə bir çox məşhurlar inanıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG