Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:57

Facebook hesabları telefon nömrəsiylə oğurlana bilər


Haker
Haker

-

Şifrəsi ən qəliz Facebook hesabı da ələ keçirilə bilər. Sosial şəbəkədəki təhlükəsizlik boşluğu yenicə üzə çıxarılıb. Sən demə, profilləri oğurlamaq istəyən hakerlər öz qara niyyətlərini gerçəkləşdirərkən, telefon nömrələrindən yararlanırmış.

Boşluq sosial şəbəkənin özündə deyil, mobil operatorların şifrələmə protokolunda - SS7-də üzə çıxır. Bu boşluqla hakerlər telefona göndərilən təsdiqləmə koduna çatır və profili ələ keçirirlər.

NECƏ QORUNMALI?

Sosial şəbəkə istifadəçiləri öz hesablarını sadə bir üsulla qoruya bilərlər. Bundan ötrü Facebook-da telefon nömrəsi gizlədilməlidir.

İstifadəçilər iki addımlı təsdiqləmə üsulunu da aktivləşdirməlidirlər. Bu zaman SMS yerinə, Facebook-un öz kod ayarlarından faydalanmaq gərəkdir.

XS
SM
MD
LG