Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 10:02

Facebook-da yazdıqlarına görə polisə çağırıldıqlarını deyirlər


İllüstrativ foto
İllüstrativ foto

Astara rayonun Hamuşam kənd sakini, ictimai fəal Rüfət Əliyev iyulun 8-də axşam saatlarında rayon polis şöbəsinə çağırıldığını bildirir.

Onun AzadlıqRadiosuna deməsinə görə, kəndləri dağ ərazisində, rayon mərkəzindən uzaqda yerləşir. O, qeyd edib ki, polis şöbəsindən zəng edib şöbəyə gəlməsini istəyiblər:

“Dedim çağırış göndərin, gəlim. Gecə saatlarında yaşadığım evə özləri gəldilər. Dedilər ki, toylarla bağlı sosial şəbəkədə yaydığın statusu poz. Mən etiraz etdim. Rəislə əlaqə saxladılar, rəis dedi ki, götürün gətirin bura. Dedilər ki, atana, anana hörmət edirik, səni həbs edə bilərdik, ancaq buraxırıq. Dedilər ki, narkotikə qarşı mübarizə aprırıq, bu barədə yazmırsan. Orada narkotikə qarşı mübarizə aparmağın vacib olduğunu statusumda yazdım. Məni sərbəst buraxdılar.Status da yerində qaldı”.

Toylar barədə post

Rüfət Əliyev Facebook səhifəsində yazıb:

“Toylarda polisin müdaxilə etməməsi üçün, 300-500 və ya hər yer üçün 5 manat istənilməsi haqqında söz-söhbət var ”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə “Turan” informasiya Agentliyinə bu barədə məlumata malik olmadıqlarını bildiriblər.

Xidmətin rəisi Ehsan Zahidov deyib ki, Rüfət Əliyevin statusunda yer alan iddialar həqiqətə uyğun deyil:

“Bu mümkün deyil. Heç bir konkret fakt göstərmədən həmin status yazılıb. Əgər onu şöbəyə dəvət ediblərsə, o məqsədlə dəvət ediblər ki, görək kimlərdir toy sahiblərindən pul alan. Onda hər hansı konkret fakt varsa, buyurub, bildirsin. Belə bir fakt yoxdursa, yalan danışdığına görə o, məsuliyyət daşıyır”.

“Mənə dedilər ki, siyasi yazılar yazma”

Daha bir içtimai fəal, Yardımlı rayon sakini Cəlil Zabitov da təzyiqlərə məruz qaldığını deyir. Onun dediyinə görə, iyulun 7-də iki nəfər polis işçisi evinə gəlib:

“Məni şöbəyə aparmaq istəyirdilər. Mən onlara dedim ki, şöbəyə özüm gələrəm. Minik maşınımla polis şöbəsinə getdim. Maşından düşmək istəyirdim ki, 4 mülki şəxs məni tutub başqa maşına mindirdilər. Polis şöbəsindən aralandıqdan sonra məni vurmağa başladılar. Həmin gün məni Bakıya gətirdilər. Sonradan bildim ki, bura Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsidir. İdarədə mənimlə normal davrandılar. Bir gecə orda qaldım. Mən dedilər ki, dövlətin əleyhinə paylaşmalar etmə, siyasi yazılar yazma.”

Bu deyilənlərə isə, hələlik, nə Yardımlı rayon Polis Şöbəsindən, nə də Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olub.

Amma nazirlik bir qayda olaraq insanlara siyasi, tənqidi mövqeylərinə görə, basqı və zor tədbiq edilməsi ilə bağlı şikayətləri təkzib edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG