Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:00

Saxlananların hamısı sərbəst buraxılıb


Polis

Martın 19-da Bakının mərkəzindəki Fəvvarələr meydanında saxlananların hamısı sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna həmin hadisənin iştirakçıları bildiriblər. Onların sözlərinə görə, həmin şəxslər bir neçə saat Səbail Rayon Polis İdarəsinin 39 saylı Polis Bölməsində tutulduqdan sonra sərbəst buraxılıblar. Onlardan izahat alındığı deyilir.

Baş verənlərə Daxili İşlər Nazirliyi və sözügedən bölmədən münasibət almaq mümkün olmayıb.

+++

Martın 19-da Fəvvarələr meydanında aksiya keçirmək istəyən bir qrup səxslə yanaşı saxlanan reportiyorların sərbəst buraxıldığı deyilir.

Bunu onlardan biri Fatimə Mövlamlı bildirib.

Onun sözlərinə görə, saxlanan reportiyorlar iki yox, daha çox olub. Fatimə Mövlamlıdan başqa «Kanal-13» internet televiziyasinin əməkdaşı Nurlan Librenin-də saxlandığı açıqlanmışdı.Amma başqa saxlandığı deyilən reportyorların adlarını dəqiqləşdirmək mümkün olmayıb.

Aksiyada saxlanan fəallardan isə xəbər yoxdu.

Bu deyilənləri Daxili İşlər Nazirliyindən də dəqiqləşdirmək mümkün olmayıb.Rəsmi qurumlar baş verənlərlə bağlı, hələlik, hər hansı açıqlama verməyiblər.

***

Bu gün, martın 19-da saat 12 radələrində bir qrup şəxsin Fəvvarələr meydanında aksiya keçirmək istədiyi bildirilir.

Hadisə yerindən verilən məlumata görə, 3-4 nəfərdən ibarət bir qrupun üzvləri saxlanıb. Onları mülkigeyimli şəxslərin saxladıqları qeyd olunur.

Həmin şəxslərlə birgə reportyorlar Fatimə Mövlamlı Nurlan Librenin də saxlandığı bildirilir.

Hələ bir müddət öncə sosial şəbəkələrdə martın 19-u saat 12 radələrində Bakıdakı Fəvvarələr meydanında etiraz aksiyası keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlara görə, aksiyada hakimiyyətə müxtəlif məsələlərlə bağlı etirazlar ediləcəyi nəzərdə tutulurdu.

Daxili İşlər Nazirliyindən, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb.

Saxlananların Səbail Rayon Polis İdarəsinin 39 saylı Polis Bölməsinə aparıldığı bildirilir. Amma bu deyilənləri bölmədən də dəqiqləşdirmək mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG