Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:40

Əziz Orucova 6 il həbs cəzası kəsildi


Əziz Orucov
Əziz Orucov

«Kanal 13» internet televiziyasının icraçı direktoru Əziz Orucova 6 il həbs cəzası kəsilib.

Dövlət ittihamçısı ona 7 il həbs istəmişdi.

Məhkəmədə hökmdən öncə Ə.Orucov son sözünü deyib. Bildirib ki, təqsirsizdir, ona verilən ittihamların heç bir əsası yoxdur. Ə.Orucov son sözündə anasına ona verdiyi tərbiyəyə görə təşəkkür edib.

Vəkilləri Cavad CavadovƏlibaba Rzayev də jurnalistin müdafiə çıxışında günahsız olduğunu söyləyiblər. Onlar Ə.Orucova bəraət verilməsini istəyiblər.

Qısa müşavirədən sonra Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası hökmü elan edib. Hökmə əsasən, Ə.Orucova 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 il həbs cəzası verilib.

Jurnalistin vəkilləri AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.

Xatırlatma

Ə.Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir. «Kanal 13»ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG