Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:19

Baş redaktorun ölümü ilə bağlı rəsmi açıqlama yayılıb


Əyyub Kərimov

Baş Prokurorluğun mətbuat xidməti hüquqşünas, «Femida 007» qəzetinin baş redaktoru Əyyub Kərimlinin vəfatı ilə bağlı məlumat yayıb.

Mətbuat Xidməti bildirilir ki, martın 2-də ailə üzvləri onun Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132 ünvanındakı mənzilinin hamamıda kəskin qaz iyi hiss olunmaqla meyitinin aşkar olunması barədə prokurorluğa məlumat veriblər.

“Rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin, Bakı Regional Qaz İstismar Departamentinin Nərimanov texniki istismar xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Müayinə zamanı meyitin bədən səthində hər hansı xəsarət aşkar edilməyib. Onun dəm qazından boğulmasına əsaslı şübhələr yaratdığından meyit daxili müayinə olunaraq ölümün səbəblərinin müəyyən edilməsi üçün Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyininin Nərimanov rayon şöbəsinə göndərilib. Daxili müayinə zamanı müəyyən edilib ki, onun ölümünə səbəb “dəm qazı ilə zəhərlənmə” olub”.

Məlumatda vurğulanır ki, Ə.Kərimlinin ailə üzvləri onun ölməsi ilə bağlı hər hansı şikayət verməyiblər.

“Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır”, məlumatda bildirilir.

Buna da bax: Əyyub Kərimov: «Hacı Məmmədov xeyli sirləri özüylə apardı»

Xatırlatma

Hüquqşünas, «Femida 007» qəzetinin baş redaktoru Ə.Kərimli 1958-ci ildə doğulub.

O, hüquqi məzmunlu bir neçə qəzetin qurucusu olub. Əvvəllər «Femida» qəzetinə rəhbərlik edirdi. Həmin qəzetin fəaliyyəti dayandırıldıqdan sonra «Femida 007» qəzetini yaratmışdı. Həmin qəzetlər, adətən, həftəlik nəşr olunurdu.

Ə.Kərimli, əsasən, hüquq-mühafizə qurumlarının fəaliyyətinin tənqidi ilə tanınırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG