Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:31

Evləri yanan qaçqınlar Bakıda yolu bağlamağa cəhd ediblər


Azərbaycan, Bakı, məcburi köçkünlərin etirazı- 2015

Sentyabrın 13-ü Bakının Xətai rayonunda bir qrup məcburi köçkün yolu bağlamağa cəhd göstərib. Bu barədə “Report” məlumat yayıb. Saytın xəbərinə görə, aksiya iştirakçıları bir gün əvvəl, sentyabrın 12-si baş verən yanğın nəticəsində evsiz qalan məcburi köçkünlər olub.

Xəbərdə vurğulanır ki, sakinlər onlara, hələ də harada qalacaqlarının qeyri-müəyyən qalmasından şikayətçidirlər. Məcburi köçkün ailələri yolu bağlamaqla aidiyyatı qurumların problemə diqqət yetirməsini istəyiblər.

Verilən məlumata görə, hadisə yerinə gələn polislər sakinləri ərazidən uzaqlaşdırıblar.

Sakinlər deyir ki, hadisə yerində olan aidiyyəti qurumların əməkdaşları, hələlik, yalnız evləri yanan 8 ailənin köçürüləcəyini bildiriblər:

"Ancaq digərlərinin aqibəti barədə nəsə deyilməyib. Ona görə də sakinlər buna etiraz olaraq Nobel prospektində nəqliyyatın hərəkətini məhdudlaşdırmağa cəhd göstəriblər", deyə sakinləırdən biri deyib.

Agentliyin xəbərinə görə, aksiyada 8 ailədən əlavə, digər sakinlər də köçürülmələrini tələb edilib.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovisə "Report"a açıqlamasında aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini söyləyib:

"Yaxın zamanlarda məsələnin müsbət şəkildə həll olunacağına ümid edirik. Ailələrin hansısa yerdə yerləşdirilməsi məsələsi Zəngilan Rayon İcra Hakimiyyətinin səlahiyyətindədir.Bbinanın sonrakı aqibətinin necə olacağına gəlincə, araşdırmaların yekununda verilən qərardan asılı olacaq. Binanın tamamilə sökülüb-sökülməyəcəyi, yaxud da yenidən təmir olunması məsələsinə baxılacaq".

Zəngilan Rayon İcra Hakimiyyətindən isə nümayəndələrinin hadisə yerində olduğu bildirilib.

Bəzi yerli saytların məlumatına görə, aksiyanı işıqlandıran jurnalistlər də polisin sərt müdaxiləsi ilə üzləşiblər. Ancaq bu məlumata, hələlik,Daxili İşlər Nazirliyindən hər hansı münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Sentyabrın 12-si gecə saatlarında Bakının Xətai rayonunda məcburi köçkünlərin yaşadığı ikimərtəbəli binada yanğın baş verib. Bina 2 mərtəbəli, 3 blokdan ibarətdir. Əksəriyyəti Zəngilan rayonundan olan 30-dan çox məcburi köçkün ailəsi 26 ilə yaxındır ki, həmin binada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG