Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 02:00

Dövlət evsizləri ev sahibi edə biləcəkmi?


Güzəştli evləri kimlərə verəcəklər?
Gözlə

No media source currently available

0:00 0:15:08 0:00

Güzəştli evləri kimlərə verəcəklər?

Bu ilin mayından güzəştli mənzillər üçün qeydiyyat başlayır. Dövlət, aztəminatlı şəxslərə güzəştli şərtlərlə, ipotekaya mənzil verəcəyini bildirir.

Bu mənzillərin verilməsi nə qədər şəffaf olacaq və bu prosesdə kim udub, kim uduzacaq? Kirayədə qalanlar ev-eşik sahibi ola biləcəklərmi?

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli deyir ki, bu prosesdə əsas udan tərəf podratçı şirkətlər olacaq:

“Sosial evlər layihəsində karlı çıxan əlbəttə, o şirkətlərdir ki, dövlət sifarişi alıblar. Bu şirkətlər zəmanətli olaraq dövlətdən vəsait alır və kommersiya əsası ilə biznes layihələri həyata keçirir. Karlı çıxan həmin tikinti şirkətləridir, həmin tikinti şirkətlərinə bu layihələri verən inzibatçılardır və ordan fayda görən də həmin şəxslərdir. Çünki Azərbaycan reallığında layihələrin verilməsi ancaq kağız üzərində olur”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Mənzil İnşaatı Dövlət Agentliyi – MİDA-nın saytındakı məlumata görə, bu layihəni həyata keçirən podratçı şirkətlərdən biri, “NN Group” MMC-dir. Qanunlar dəyişdirildiyi üçün bu şirkətin sahibləri Vergilər Nazirliyinin saytında görünmür.

Bundan əvvəl, müxtəlif jurnalist araşdırmaları dövlət sifarişi ilə tikilən layihələrdə tenderlərin qanunsuz keçirilməsi, layihələrin məmurlara yaxın şirkətlərə verilməsi hallarını üzə çıxarmışdı.

Deyilənlərə cavab almaq üçün MİDA ilə əlaqə cəhdlərimiz baş tutmadı, gün ərzində telefon zənglərimizə cavab verilmədi.

Sosial evlərin 260 mənzildən ibarət olan ilk partiyası mayın 7-də satışa çıxarılır. Amma bu evləri almaq üçün müraciət edənlərin sayı 8200 nəfərdən artıqdır. Bu şəxslərin hamısı üçün fərdi elektron kabinetlər yaradılıb və onlar mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Başqa sözlə, mayın 7-də satışa çıxarılan hər mənzilə 31 potensial alıcı düşür.

Bu evlərin satışı, “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında həyata keçiriləcək.

Mayın 7-də, satış başlandığı anda sistemə daxil olaraq mənzilləri ilk seçən şəxslər onları almaq imkanı əldə edəcək.

MİDA –nın Yasamal rayonunda tikdiyi evlərdə, mənzillərin qiyməti 1 otaqlı mənzil üçün təqribən 27 min manat, 2 otaqlı mənzil üçün 43 min manat, 3 otaqlı mənzil üçün təqribən 59 min manatdan başlayır.

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli deyir ki, bu mənzillər bahadır:

“Bu şirkətlər mənzilləri hətta bəzi tikinti şirkətlərindən də baha satırlar. Bu mənzillər əvvəlki maya dəyərindən iki dəfə bahadır. Belə mənzillərin kvadratmetritəqribən 400-450 manata başa gəlir, şirkətlər isə bu mənzillərin hər kvadratını 900-950 manata satırlar.

Nazim Bəydəmirli deyir ki, dövlət vətəndaşların mənzillə təmin olunmasına nail olmaq üçün tikinti sektorunda monopoliyanı aradan qaldırsa, rəqabət artsa və mənzillərin qiyməti təbii formada düşsə daha yaxşı olardı və adamlar ev ala bilərdilər.

MİDA isə ümid edir ki, təkcə Yasamal Yaşayış Kompleksində 6 min ailə ev-eşik sahibi ola biləcək. Bu layihənin davamı isə Hövsan Yaşayış Kompleksində olacaq. Bu kompleksdə 10 min insana ev satılması gözlənilir.

XS
SM
MD
LG