Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

'Evimə ərzaq almağa çıxanda polis məni saxladı'


Post-patrul maşını
Post-patrul maşını

Küçədə söyüş söyməkdə suçlanaraq həbs olunan üç cəbhəçinin - AXCP Təşkilat şöbəsinin sədri Saqif Qurbanov, partiyanın Gənclər Komitəsinin fəalı Məhərrəm Rzayev və Nəsimi şöbəsinin üzvü Tofiq Məmmədovun apellyasiya şikayətinə baxılıb. Onların hər birinə 15 gün inzibati həbs cəzası verilib. AXCP üzvləri ayrı-ayrılıqda saxlansalar da, üçü də küçədə telefonla danışarkən söyüş söyməkdə və onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.

Cəbhəçilərin şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində hakimlər Qədim Babayev, Əflatun Qasımov və Habil Məmmədov baxıb.

Hər üç məhkəmədə həbsdəki AXCP üzvləri deyib ki, inzibati xəta protokolunda yazılan söyüş söymək, polisə tabe olmamaq hadisəsi ümumiyyətlə, baş verməyib.

«Mən həmin vaxt xəstə idim. Evə ərzaq almağa çıxanda polis saxladı. Aparıb bir gün polis bölməsində saxladılar. Ertəsi gün məhkəməyə çıxarıb, 15 sutkalıq qərarı aldılar. Mənə nə polis bölməsində, nə də məhkəmədə vəkil verilib», – S.Qurbanov belə deyib. O bildirib ki, vəkildən özünün imtina etməsi barədə yazılanlar da həqiqətə uyğun deyil.

Cəbhəçi gənc M.Rzayev bildirib ki, onlara təzyiq altında protokola imza atdırılıb.

AXCP üzvlərinin vəkili protokollarda onların söyüş söydüyü və saxlandığı yer kimi qeyd olunan ərazilərdəki müşahidə kameralarının görüntülərinə baxış keçirilməsi, bu şəxslərin həmin vaxt o ərazidə telefonla danışıb-danışmadığının müəyyənləşdirilməsi üçün mobil operatorlara sorğu göndərilməsi barədə vəsatətlər qaldırıb. Üç məhkəmənin heç birində bu vəsatətlər təmin olunmayıb.

Hakimlər apellyasiya şikayətlərini də təmin etməyiblər. AXCP üzvlərinin 15 günlük inzibati həbsi barədə qərarlar qüvvədə saxlanılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG