Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Azərbaycanı «Eurovision 2017» mahnı müsabiqəsində təmsil edəcək mahnı və klip açıqlanıb. Klip müsabiqənin rəsmi saytına yerləşdirilib.

Sayt mahnının adının «Skeletons» (Skeletlər) olduğunu yazır.

Mahnının müəllifləri bəstəkarlar İsa Məlikov və Sandra Bjurman-dır. Onlar 2011-ci ildə Azərbaycana «Eurovision»da qələbə qazandıran ifaçılarla—Eldar Qasımov və Nigar Camalla və digər iştirakçılarla işləyiblər.

Bu il Azərbaycanın adından müsabiqədə 27 yaşlı caz ifaçısı Diana Hacıyeva çıxış edəcək. Səhnə adı «DiHaj» olan D.Hacıyeva yerli «Dihaj» qrupunun üzvüdür. O, Bakı Musiqi Akademiyasını bitirib, 2010-cu ildə isə musiqi təhsilini Britaniyada, Müasir Musiqi İfası İnstitutunda davam etdirib.

DiHaj «Skeletons» mahnısını əvvəl mayın 9-da—yarımfinal mərhələsində ifa edəcək. Səs toplaya bilsə, mayın 13-də final mərhələsində də səhnəyə çıxacaq.

«Eurovision» mahnı yarışması bu il Ukrayna paytaxtı Kiyevdə keçiriləcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG