Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:27

Eurovision 2017 yarışında Portuqaliya qalib gəldi


Salvador Sobral
Salvador Sobral

Portuqaliya Eurovision 2017 mahnı yarışının qalibi olub.

Ukrayna paytaxtı Kiyevdə keçirilən builki yarışın sonunda, mayın 13-dən 14-ə keçən gecə müğənniSalvador Sobra qalib elan edilib.

Builki Eurovision yarışında ölkələrin münsiflər heyətlərinin verdiyi ballar tamaşaçıların telefon və SMS səsverməsinin nəticələri ilə toplanıb.

Ukrayna keçən il keçirilmiş yarışın qalibi olduğuna görə bu il ev sahibi kimi çıxış edirdi.

Portuqaliya müğənnisi Amar Pelos Dois adlı mahnısı ilə öz ölkəsinə 1964-cü ildən bəri ilk birinciliyi qazandırıb.

Yarışın final mərhələsində 26 ölkənin nümayəndəsi iştirak edirdi.

Potuqaliyanın toplam ballarının sayı 758 olub. İkinci yeri 615 balla Bolqarıstan, üçüncü yeri isə 374 balla Moldova tutub.

Azərbaycan bu mahnı yarışını 120 balla 14-cü yerdə başa vurub. Ermənistan 79 balla 18-ci olub.

Xəbər verilir ki, yarışın keçiridiyi saatlarda Kiyevdə ciddi təhlükəsizlik tədbirləri görülmüşdü.

Bu həm də ölkənin şərqində vəziyyətin son dərəcə mürəkkəb olması ilə bağlı idi. Prezident Petro Poroşenko Facebook səhifəsində yazmışdı ki, o Avdiyivka şəhərinin artilleriya atəşinə tutulması ilə bağlı Eurovision tədbirində iştirak edə bilməyəcək.

Avdiyivkada dörd mülki şəxsin həlak olduğu xəbər verilib.

Azərbaycan Eurovision 2017-də 14-cü yeri tutub
Azərbaycan Eurovision 2017-də 14-cü yeri tutub

Eurovision 2017 həm də daha bir ziddiyyəti ilə tarixdə qalacaq. Ukrayna hökuməti Rusiya müğənnisi Yulia Samoylovanın bu yarışa gəlməsini qadağan etmişdi. Buna səbəb Samoylovanın 2015-ci Ukraynanın ilhaq olunmuş Krım yarımadasında keçirilən konserdə çıxış etməsi idi.

Lakin daha bir ziddiyyət final gecəsində ortaya çıxıb. Bəlli olub ki, Bolarıstan nümayəndəsi Kostov da ilhaqdan dərhal sonra Krımda olubmuş.

Eurovision mahnı yarışları 1956-cı ildən keçirilir və tədbirə adətən dünya boyunca 200 milyon televizya tamaşaçısı baxır.

Eurovision 2017-nin tam nəticələri aşağıdakı kimidir:

1. Portuqaliya: Salvador Sobral, Amar Pelos Dois - 758

2. Bolqarıstan: Kristian Kostov, Beautiful Mess - 615

3. Moldova: SunStroke Project, Hey Mamma! - 374

4. Belçika: Blanche, City Lights - 363

5. İsveç: Robin Bengtsson, I Can't Go On - 344

6. İtaliya: Francesco Gabbani, Occidentali's Karma - 334

7. Rumıniya: Ilinca feat. Alex Florea, Yodel It! - 282

8. Macarıstan: Joci Papai, Origo - 200

9. Avstraliya: Isaiah Firebrace, Don't come Easy - 173

10. Norveç: JOWST, Grab the Moment - 158

11. Hollandiya: OG3NE, Light And Shadows - 158

12. Fransa: Alma, Requiem - 135

13. Xorvatiya: Jacques Houdek, My Friend - 128

14. Azərbaycan: Dihaj, Skeletons - 120

15. Birləşmiş Krallıq: Lucie Jones , Never Give Up on You - 111

16. Avstriya: Nathan Trent, Running on Air - 93

17. Belarus: NaviBand, Historyja Majho Zyccia - 83

18. Ermənistan: Artsvik, Fly With Me - 79

19. Yunanıstan: Demy, This is Love - 77

20. Danimarka: Anja, Where I Am -77

21. Kipr: Hovig, Gravity - 68

22. Polşa: Kasia Mos, Flashlight - 64

23. İsrail: Imri Ziv, I Feel Alive - 39

24. Ukrayna: O.Torvald, Time - 36

25. Almaniya: Levina, Perfect Life - 6

26. İspaniya: Manel Navarro, Do It for Your Lover - 5

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG