Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Estoniya prezidenti Putinlə görüşdüyünə görə tənqid olunur


Vladimir Putin (solda) və Kersti Kaljulaid aprelin 18-də Kremldə görüşüblər
Vladimir Putin (solda) və Kersti Kaljulaid aprelin 18-də Kremldə görüşüblər

Estoniya prezidenti Kersti Kaljulaid aprelin 18-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu, hər hansı Estoniya rəhbərinin son 8 ildə Rusiyaya ilk səfəridir.

Moksvaya Estoniyanın yeni səfirlik binasının açılışına gələn Kaljulaid Putinə deyib ki, “qonşular hətta aralarında müəyyən fikir ayrılığına baxmayaraq danışmalıdırlar”.

Lakin Putin Estoniya prezidentinə bildirib ki, “rəsmi şəxslər, rəsmi dövlət qurumları və qonşular arasında təmasların olmaması normal vəziyyət sayıla bilməz”.

Estoniya ilə Rusiya arasında münasibətlər Tallinn 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olandan və Moskva 2014-cü ildə Krımı ilhaq edəndən bəri soyuyub.

O vaxt Ukrayna ərazisinin zəbt edilməsi Baltik ölkələrində Rusiya təcavüzünün növbəti hədəfi olacaqlarına dair narahatlıq yaratmışdı.

Kaljulaid Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən bu yana Moskvaya səfər edən və Putinlə görüşən ilk Baltikyanı dövlət başçısıdır.

Putin görüş zamanı deyib ki, Estoniya və Rusiya arasında ticarət 2014-cü ildən bəri 50 faiz azalıb.

Həmin il Krımın ilhaqı və Ukraynanın şərqində separatçılara dəstək verdiyinə görə Avropa İttifaqı tərəfindən Rusiya üzərinə sanksiyalar qoyulub.

Kaljulaid Putinlə görüşdüyünə görə Estoniyada tənqid olunur.

Estoniya prezidenti ABŞ qoşunlarının və Patriot raketlərinin öz ölkəsində yerləşdirilməsinə çağırmışdı.

Hazırda Estoniyada Britaniya hərbçilərinin rəhbərliyi altında min nəfərlik NATO əsgəri qüvvəsi var.

Estoniya, Latviya və Litva II Dünya Müharibəsi illərində Moskva tərəfindən işğal və ilhaq edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG