Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:33

Trump Ağ Evdə Baltikyanı prezidentləri ilə sammit keçirib


Üç Baltikyanı ölkənin prezidentləri ABŞ prezidenti Donald Trump-la görüşdən sonra NATO-da üzvlüklə bağlı maliyyə öhdəliklərinin yerinə yetirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Latviya prezidenti Raymonds Vejonis aprelin 3-də Ağ Evdə keçirilmiş sammitdən sonra bildirib ki, Baltikyanı ölkələr ÜDM-lərinin 2 faizini müdafiə xərclərinə ayırmaqda davam edəcəklər.

Estoniya prezidenti Kersti Kaljulaid və Litva lideri Dalia Grybauskaite də NATO-nun müdafiə xərcləri ilə bağlı öhdəliklərinə sadiq qalacaqlarını bəyan ediblər.

Lakin üç Baltikyanı ölkə prezidentlərinin Rusiya təhlükəsinə qarşı ABŞ-ın bölgədəki hərbi mövcudiyyətinin gücləndirilməsinə çağırışlarına baxmayaraq, Trump hər hansı yeni spesifik hərbi qüvvə dislokasiyasına dair heç bir bəyanat verməyib.

Donald Trump yalnız Litva, Latviya və Estoniyaya NATO qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib.

O deyib ki, başqa NATO üzvləri Baltikyanı ölkələrdən nümunə götürməlidirlər.

Grybauskaite deyib ki, Trump-ın başqa NATO ölkələrinə təzyiq göstərməsinin təhlükəsizlik üçün kritik əhəmiyyəti var.

Grybauskaite, Kaljulaid və Vejonis Avropa İttifaqında Rusiyanın ən kəskin tənqidçiləridirlər.

Ağ Evdə keçirilən görüş zamanı ABŞ prezidenti deyib ki, Rusiyaya qarşı “heç kim Trump-dan daha kəskin mövqe tutmayıb”.

Donald Trump deyib: “İdeal olaraq biz Rusiya ilə yola getmək istərdik. Rusiya ilə yola getmək yaxşı bir şeydir. Amma, indi ola bilsin ki, biz yola gedək, ola bilsin də yox…”

Bir müxbirin “Rusiya prezidenti Vladimir Putin düşməndir, ya dost” sualına Trump “Biz bunu biləcəyik, Sizə bu barədə xəbər verəcəyəm” cavabını verib.

Ötən il NATO Polşa və Baltikyanı ölkələrdə mümkün Rusiya avantürasına qarşı 4 çoxmillətli batalyon göndərib.

Ötən iyulda vise-prezident Mike Pence Estoniyada Patriot raketlərinin yerləşdirilməsinin mümkünlüyündən danışıb.

Baltikyanı ölkələr Rusiyanın mümkün təcavüzündən son dərəcə narahatdır.

Bu üç ölkə İkinci Dünya Müharibəsinin əsnasında Moskva tərəfindən qəsb edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG