Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Özbəkləri qəzəbləndirmiş 'eşşək' restoranları reklamı


Yeni restoranlar şəbəkəsinin reklamı.
Yeni restoranlar şəbəkəsinin reklamı.

Rusiyanın Yekaterinburq şəhərində yeni açılmış "Eshak" restoranının reklamı şəhərin özbək diasporunun təmsilçilərini qəzəbləndirib.

Reklamda çəkilmiş rusiyalı komediya ustası Sergei Svetlakov isə hesab edir ki, bu reklam Şərqə hörmətlə hazırlanıb.

Ənənəvi özbək sırıqlı xalatı – çapan geymiş və başına özbək araqçını qoymuş Sergei Svetlakov əlində bir qazan özbək plovu tutub. Onun arxasından boylanan bir uzunqulaq diqqətlə kameranın obyektivinə baxır. Bu plakat yeni "Eshak" restoranlar şəbəkəsinin reklam kampaniyasının bir hissəsidir. Restoranlar şəbəkəsi Sergei Svetlakova məxsusdur. Restoranın adı özbək dilindən tərcümədə "eşşək" deməkdir.

Buna da bax:​ Özbəkistanın yeni prezidenti vəzifəsinə başladı

ÖZÜNƏ HÖRMƏT EDƏN ÖZBƏK...

Ancaq şəhərin özbək diasporunun bəzi üzvləri bu adı gülməli hesab etmirlər.

"Özünə sayğıyla yanaşan hər hansı özbək bunu qəbul etməz", – "Ural-Özbəkistan dostluq cəmiyyəti" təşkilatının rəhbəri Abid Turatov deyir.

Turatov regiondakı insan hüquqları müvəkkilinə və prokurora müraciət edərək reklamda ekstremizm əlamətlərinin olub-olmadığının yoxlanmasını istəyib. Onun sözlərinə görə, onu şəkildəki eşşək yox, rusiyalı Svetlakovun ənənəvi özbək geyimində olması narahat edir.

Özbəkistanın aşpazlar assosiasiyasının rəhbəri Akbar Umarov BBC-nin özbək xidmətinə bildirib ki, ölkənin xarici işlər nazirliyi Rusiya və Ukraynanın səfirliklərinə diplomatik notalar göndərib. Bu iki ölkədə Sergei Svetlakovun "Eshak" şəbəkəsinə aid restoranlar var. Akbar Umarovun sözlərinə görə, Özbəkistanın həmin ölkələrdəki səfirləri də narazılıq bildiriblər.

Buna da bax: Böhranda restoranların sayı necə artır?

Sergei Svetlakovu bundan öncə də düşüncəsizlikdə ittiham ediblər.

ŞƏRQƏ HÖRMƏTLƏ

Aktyor "Naşa Russia" adlı populyar rus yumoristik şousunda Tacikistandan olan, rusca pis danışan və öz işini yaxşı görməyən iki miqrant fəhlənin prorabı rolunu oynayıb. Üstəlik, bu yumoristik serialın davamı kimi tammetrajlı film də çəkilib.

Sergei Svetlakov "Eshak"ın reklamı ilə bağlı şikayətləri əsassız adlandırıb.

"Bizim üzərində "Eshak" yazılmış plakatımız və oradakı uzunqulaq təsviri yalnız şəkildəki eşşəyi təhqir edə bilər. Biz reklamı Şərqə hörmətlə edirik. Şərq ənənələri və dəyərləri – qonaqpərvərlik, yaxşı zövq, hazırcavablıq və praktiklik – bunların hamısı bizim restoran mədəniyyətinin bir hissəsidir", – deyə aktyor öz təmsilçisi vasitəsilə bildirib.

Buna da bax:​ Suriyalıların Türkiyədə restoran biznesi

Bəzi özbəklər onun bu fikri ilə razıdırlar.

“QOY İŞLƏSİN”

Qırğızıstanda da populyar olan tanınmış özbək bloqqeri Sher Abdugaripov “Twitter”də yazıb ki, nə "Eshak" adı, nə də reklamın özü ona toxunmur.

"Əgər adamlar özbək təamları yeməyə onun yanına gedirlərsə, qoy işləsin", – deyə Abdugaripov bildirib.

"...Bəzi xalqlar eşşəyi zəhmətkeşlik rəmzi hesab edirlər. Məsələn, Argentinada onlar futbolçu Ariel Orteqanı sevgi ilə "Eşşək balası" adlandırırlar", – deyə Abdugaripov yazıb.

Buna da bax: Krımın qızılı Kiyevə qalır, Moskva etiraz edir

Sergei Svetlakov ilk restoranını 2013-cü ildə Kiyevdə açıb. Müştəriləri cəlb etmək üçün restoranının qarşısına əsl eşşək qoyub. Restoranın qonşuluğunda yaşayanlar uzunqulağın gecə-gündüz ara verməyən səsindən, qəlyanlardan qalxan tüstüdən və ventilyasiya sisteminin yaratdığı səs-küydən şikayətlənirdilər.

"Eshak" şəbəkəsinə aid daha iki restoransa Moskva vilayətində fəaliyyət göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG