Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:46

Əsgər atası: 'Xəbər verdilər ki, oğlun intihar edib...' [video]


Əsgər intiharlarına valideynlər niyə inanmır?
Gözlə

No media source currently available

0:00 0:09:55 0:00

Əsgər intiharlarına valideynlər niyə inanmır? [A-Live]

Əsgərlərin qeyri-döyüş şəraitində ölümünün qarşısını almaq üçün hökumət nə edir?

“Xəzər Hərbi Tədqiqatlar İnstitutu”nun direktoru Cəsur Sümərinli deyir ki, illərdir ki, həyəcan təbili çalınmasına baxmayaraq, yenə də hər il qeyri-döyüş şəraitində onlarla əsgər ölümü qeydə alınır, hökumət isə bunun yalnız 20-30 faizini təsdiqləyir.

Buna da bax:​ Hərbi xidmətini başa vurmasına 40 gün qalmış...

Mehman Zeynalovun da oğlu Əzzamin Zeynalov, keçən ilin mayında xidmət etdiyi hərbi hissədən qayıtmayıb. Ona xəbər veriblər ki, oğlu intihar edib, özünü vurub. Ata, oğlunun intihar xəbərinə inanmır:

“Əgər o əsirlikdə belə olsa deyərdi ki, dözüm gedim ailəmi görüm, o uşağa intihar sözü yaxın deyil. O dərəcədə mələk kimi uşaqdır”.

Ata, tezliklə məhkəməyə müraciət edəcəyini deyir.

“Xəzər Hərbi Tədqiqatlar İnstitutu”nun direktoru Cəsur Sümərinli isə deyir ki, əsgər ölümlərinin səbəbləri ilə bağlı məhkəmələr çox vaxt qapalı keçir və buna hərbi sirr adı verilir:

Buna da bax: Avropa Məhkəməsindən əsgər ölümünə görə Azərbaycana qarşı qərar

Cəsur Sümərinli
Cəsur Sümərinli

"Jurnalistlər dəvət olunmur, məhkəmə qərarının nə olması barədə ictimaiyyətə məlumat verilmir. Bir çox hallarda valideynlər etiraz edirlər, bu zaman jurnalistlər məsələni araşdırmağa başlayırlar. Amma əksər hallarda bizim araşdırmalar göstərir ki, məhkəmə qərarları gizli saxlanılır və valideynlərə göstəriş verilir ki, bunu ictimailəşdirməsinlər".

Biz ittihamlarla bağlı Müdafiə nazirliyinin da mövqeyini öyrənmək istədik, amma alınmadı, dedilər ki, suallara yalnız yazılı cavab verə bilərlər. Biz nazirliyə informasiya sorğusu da göndərmişik.

Buna da bax:​ 'Əvvəl dedilər, özü özünü vurub, dedim dörd güllə ilə?'

Cəsur Sümərinli deyir ki, bütün hallarda əsgər ölümlərinə görə, dövlət məsuliyyət daşıyır. Onun sözlərinə görə, ölümün səbəbi bir çox hallarda korrupsiya olur, itkilər hərbi qulluqçuların qayda və qanunları pozması nəticəsində baş verir, hökumət də zabitlərin cəzalandırılmasından qaçmaq üçün səbəbləri gizli saxlayır.

“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri Üzeyir Cəfərli isə bu deyilənlərlə razılaşmır, bildirir ki, əsgər ölümlərinin gizlədilməsi real deyil, çünki indi İnternet vasitəsilə bütün məlumatlar yayılır- onun sözlərinə görə, əgər Müdafiə Nazirliyi bu barədə açıqlama vermirsə, bunun müəyyən səbəbləri olur.

Buna da bax:​ "Ölən əsgərlərin arasında məmur, nazir övladı yoxdur"

Üzeyir Cəfərli
Üzeyir Cəfərli

Üzeyir Cəfərli deyir ki, Azərbaycan müharibə şəraitindədir və bu halda hökumətin informasiya siyasətinin olması normaldır.

Cəsur Sümərinli isə bildirir ki, hökumətin borcudur ki, hər bir itki ilə bağlı mətbuat konfransları keçirsin, səbəblər barədə ictimaiyyətə məlumat versin.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG