Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:54

Rusiya ölən əsgəri üçün 50 min, Azərbaycansa 6,5 min dollar ödəyir...


Trumpun müşaviri İlham Əliyevlə nələri danışıb?
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Trumpun müşaviri İlham Əliyevlə nələri danışıb?

1991-1997-ci illərdə həyatını itirən hərbiçilərin ailələrinə birdəfəlik 11 min manat müavinət verilməsində problemlərə görə etirazlar davam edir.

Dünən oktyabrın 23-də Prezident Administrasiyası, Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşan etirazçıların bir tələbi var, nəzərdə tutulan birdəfəlik ödənişləri almaq. Onlar tələb edirlər ki, bu məsələyə yenidən baxılsın:

“Ata 1981-ci ildə vəfat edib. Amma bizə təqdim olunan kağıza yazıblar ki, 1994-cü ildə həlak olan oğlu üçün ayrılmış sığortanı 1981-ci ildə ölən ata dirilib, alıb”.

“Bizim tələbimiz odur ki, şəhidlərə ayrıseçkilik qoyulmamalıdır. Sığortanı alana da, almayana da - hamısına ödənişlər edilməlidir”.

“Tələbimiz odur ki, şəhidin qan pulunu yeməsinlər. Nəyə görə şəhidin qan pulunu yeyirlər. Mən şəhid Yavər Səfərovun qızıyam. Niyə mən yox, başqa bir məmura çatmalıdır onun pulu?”

Vətəndaşların etirazları ilə bağlı rəsmilərin izahatına keçmədən əvvəlcə gəlin bu problemə lap əvvəldən nəzər salaq.

1997-ci ildə Azərbaycanda “hərbi qulluqçuların icbari dövlət sığortası haqda qanun” qəbul olunub. Həmin qanunla həyatını itirən hərbi qulluqçulara 11 min manat, müxtəlif xəsarətlər alanlara isə xəsarətin dərəcəsindən aslı olaraq, 80, 60 və 40 faiz ödənişlər nəzərdə tutulur.

Lakin uzun müddət idi müzakirələr gedirdi ki, bəs, bu qanunun qəbulundan əvvəlki dövrdə həyatını itirən və sığorta ala bilməyənlər necə olsun.

Nəhayət 2018-ci ilin aprelində prezident İlham Əliyev 1997-ci ilə qədər Qarabağ döyüşlərində həlak olanların vərəsələrinə 11 min manat ödənilməsi ilə bağlı fərman verdi. İndi bu fərmanın icrasına başlananda bəzi hərbçi ailələrinin problemi yaranıb. Onlara bildirilib ki, onlar artıq bu sığorta pulunu alıblar. Etirazçılar isə deyirlər ki, ya bu məbləği ümumiyyətlə almayıblar, ya da o vaxt onlara verilən 50 min manat indiki məzənnə ilə heç 13 dollar belə etmir. Ona görə də bu məsələyə yenidən baxılmalıdır.

Hadi Rəcəbli: "Problem kütləvi deyil"

Milli Məclisinin sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli meydan.tv-yə deyib ki, bu kütləvi hal deyil, problemlər fərdi şəkildə araşdırılmalır:

“Hər biri ayrı-ayrılıqda həll olunmalıdır. Arxivlərin yanması ilə bağlı səslənən fikirlər üşünsə o arxivi yandıranlar məsuliyyət daşıyırlar. Kim yandırıb, necə olub yanıb. Yəni, burda hər kəsinin məsuliyyəti var. Amma bütün hallarda şikayətlərə fərdi qayda da baxılmalıdır. Problem kütləvi deyil”.

Hadi Rəcəbli
Hadi Rəcəbli

Hadı Rəcəbli bildirib ki, 2 min 800 nəfərin problemi var. Bu fərman isə ümumilikdə 8 min 800 nəfərə şamil olunurdu.

İqtisaçdı, keçmiş millət vəkili Nazim Bəydəmirli 1990-cı illərdə 50 min manat, yəni, “5 şirvan” aldıqlarına görə indi bu ailələrə bir dəfəlik ödənişlərdən imtinanı ədalətsizlik sayır. Bu problemin çıxış yolunu müavinətin şərtsiz olaraq bütün vərəsələrə ödənməsində görür.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli də düşünür ki, bu məsələ birdəfəlik həll olunmalıdır:

“Hökumət, ölkə başçısı bir qərar verməlidir ki, problem kompleks şəkildə həllini tapsın. Əks tədqirdə bu problem daha da böyücək. Bir işçi qrup yaradılmalıdır, Müdafiə Nazirliyi, sığorta agentliyi də bu işçi qrupa daxil olmalıdır. Şikayətlərin qısa zaman ərzində, deyək ki, 3 ay müddətində həllinə çalışmalıdırlar”.

Millət vəkili Hadı Rəcəbli isə deyir ki, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyində işçi qrup yaradılıb, məsələ araşdırılır. O ki, qaldı birdəfəlik ödənişlərin bütün ailələrə tətbiq edilməsi ilə bağlı səslənən təkliflərə Hadı Rəcəbli bunu şərh etməyib.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, hərbi xidmətdə həlak olanların yaxınlarına dövlət qayğısı nə qədər yetərlidir?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Azərbaycan hökuməti bəyan edir ki, bütün hərbi qulluqçulara dövlətin xüsusi diqqət və qayğısı var. Prezident İlham Əliyev özü də çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur. Rəsmilər həyatını itirən hərbçilərin vərəsələrinə verilən birdəfəlik ödənişləri bu qayğının bir nümunəsi hesab edirlər.

Amma hökumətin tənqidçiləri, müstəqil ekpsertlər düşünürlər ki, başqa ölkələrdə hərbçilərə dəfələrlə çox sığorta ödənişləri edilir. İqtisadçı Nazim Bəydəmirlinin hesablamalarına görə, məsələn, ABŞ bir hərbçinin ölümünə görə 250 min, İtaliya 120 min, İsveç 100 min, Ukrayna və Rusiya 50 min ABŞ dolları məbləğində sığorta verir. Azərbaycanda isə bu 11 min manat, yəni 6 min 500 dollar təşkil edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG