Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 21:13

İqtisadçı: 'Azərbaycan Ermənistandan geridə qalıb...'


Ermənistanda exchange.

“Azərbaycan iqtisadiyyatı indi bir sıra göstəricilərə görə, hətta kasıb hesab edilən Ermənistana da uduzur”.

Bunu iqtisadçı Nemət Əliyev bildirib. N. Əliyev müqayisəsində rəsmi statistikaya istinad etdiyini vurğulayır:

“Ermənistanın milli valyutası olan “dram” 2016-cı ildə orta hesabla vur-tut 0,5 faiz dəyər itirib. Azərbaycan manatı isə ötən il 55 faiz dəyər itirib. Ötən il mal ixracının həcmi ölkəmizdə 28 faiz azaldığı halda, Ermənistanda 20 faiz artıb”.

Buna da bax:​ 'Yüksək inflyasiya yoxsulluğu artıracaq'

Nemət Əliyevin yazmasına görə, Ermənistanda milli valyuta ilə kredit qoyuluşu 25 faiz yüksəlib.

“Halbuki, bu göstərici bizdə 14 faizə yaxın azalıb. Demək olar ki, manatla kredit verilişi dayandırılıb. Bizdə problemli kreditlər portfelin 9 faizini təşkil etdiyi halda, Ermənistanda bu göstərici 1,3 faizdir”.

İqtisadçı qeyd edir ki, bahalaşma və real əmək haqqının səviyyəsinə görə də Azərbaycan Ermənistandan geri qalır:

“Ermənistan ötən il yükdaşımaların həcmini 85 faiz artıra bilib. Bizdə isə bu göstərici aşağı düşüb. Ümumiyyətlə, ötən il Ermənistan iqtisadiyyatı artsa da, Azərbaycan iqtisadiyyatı azalıb”.

Buna da bax:​ 'Hökumətin 'anti-böhran tədbiri' narazıları nəzarətdə saxlamaqdır'

İqtisadçı yaranmış vəziyyəti idarəçiliklə izah edir. Çıxış yolunu isə real islahatlarda görür.

Azərbaycan rəsmiləri isə əksini bəyan edirlər. Onlar deyirlər ki, neft hasil edən ölkələrdə böhran yaşansa da Azərbaycan bundan yan keçməyi bacarıb. Rəsmilərin fikrincə, bu hakimiyyətin düzgün və çevik siyasəti nəticəsində mümkün olub.

XS
SM
MD
LG